SON XƏBƏRLƏR

Obama İranı güzəştə getməyə çağırdı

2021.10.20, 07:36
Obama İranı güzəştə getməyə çağırdı

Gunaz.tv
Obama İranı güzəştə getməyə çağırdı obama-iran-cagirish.jpg ABŞ prezidentliyinə Demokrat Partiyasından namizəd Barak Obama Fransa prezidenti Nikolya Sarkozi ilə görüşdən sonra keçirdiyi mətbuat konfransı zamanı İranı “altılıq” ölkələrinin təklifini qəbul etməyə çağırıb. Lent.az-ın “BBC”yə istinadən verdiyi məlumata görə, Obama rəsmi Tehrana ABŞ-da keçiriləcək prezident seçkilərini gözləməməyi məsləhət görüb. Prezidentliyə namizədin fikrincə, İran nüvə proqramını dayandırmaqdan imtina etdikcə Qərb ölkələri tərəfindən daha ciddi təzyiqlərə məruz qalacaq. Xatırladaq ki, bir neçə gün öncə İrana yeni təkliflər paketi təqdim olunub. “Altılıq” ölkələri təklifləri qəbul etmək üçün Tehrana iki həftə vaxt veriblər. İran isə hələ də bu təkliflərə cavab verməyib. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar