SON XƏBƏRLƏR

Ermənistan müxalifəti qəti hərəkətlərə əl atacaq

2021.10.20, 07:36
Ermənistan müxalifəti qəti hərəkətlərə əl atacaq

Gunaz.tv
Ermənistan müxalifəti qəti hərəkətlərə əl atacaq ermen-muxalif-qetiyyet.jpg Ermənistan müxalifətinin avqustun 1-nə nəzərdə tutulan mitinqindən sonra fəaliyyəti daha qəti və aktiv olacaq, nəticələr isə yaxın gələcəkdə özünü göstərəcək. Lent.az-ın “ARMENİA Today” saytına istinadən verdiyi məlumata görə, belə bir bəyanatla Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın mətbuat katibi Arman Musinyan çıxış edib. Musinyan mitinqdən sonra təşkilatlanmış fəaliyyət göstərəcəklərini, bir sıra küçə aksiyasının planlaşdırıldığını və ciddi təşəbbüslərin həyata keçiriləcəyini vurğulayıb: “Müxalifət məzuniyyətə çıxmaq niyyətində deyil. Mitinqin keçirilməsi çox vacib məsələni nümayiş etdirəcək – biz göstərəcəyik ki, ictimaiyyət nəinki aktiv mövqeyindən geri çəkilmək istəmir, eləcə də konkret siyasi addımlar atması üçün hakimiyyətə təzyiqi gücləndirir”. Musinyan mitinqin Matenadaran qarşısında keçiriləcəyini bildirib. Mətbuat katibi qeyd edib ki, müxalifət aksiyanın sanksiyalaşdırılması üçün şəhər hakimiyyətinə müraciət etsə də, növbbəti dəfə onlara yer verilməsindən imtina edilib: “Amma hakimiyyət mitinqin qarşısını almaq üçün heç bir ciddi addım atmayacaq. Çünki əks halda onların addımları provokasiya kimi dəyərləndirilə bilər”. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar