SON XƏBƏRLƏR

Köçəryanın həbsi üçün 100 min imza

2021.10.20, 07:36
Köçəryanın həbsi üçün 100 min imza

Gunaz.tv
Köçəryanın həbsi üçün 100 min imza 20080726091344_1.jpg Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın beynəlxalq Haaqa tribunalına verilməsi üçün 100 mindən artıq imza toplanıb. Lent.az-ın “Panorama.am” saytına istinadən verdiyi məlumata görə, bu barədə eks-prezident Levon Ter-Petrosyanın mətbuat katibi Arman Musinyan bildirib. Musinyan ictimaiyyətin imza toplanılmasına böyük maraq göstərdiyini vurğulayıb: “Biz yaxın iki ay ərzində daha təsirli nəticələr gözləyirik. İmzalar ölkənin bütün bölgələrindən daxil olur. Ən aktiv imza toplanması isə İrəvandadır”. Musinyan onu da bildirib ki, imza toplayan zaman bəzən maneələrlə üzləşirlər. Müxalifət nümayəndələri siyahıya saxta imza qoyulmamasına xüsusi diqqət yetirirlər: “Bəzi şəxslər sonradan imzaların saxta olduğunu iddia etmək üçün başqalarının pasportunu təqdim edirlər”. LENT.AZ 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar