SON XƏBƏRLƏR

Permdə ruslar və azərbaycanlılar arasında kütləvi toqquşma_Dava nəticəsində 7 rus bıçaqla yaralanıb

2021.10.20, 07:36
Permdə ruslar və azərbaycanlılar arasında kütləvi toqquşma_Dava nəticəsində 7 rus bıçaqla yaralanıb

Gunaz.tv
Permdə ruslar və azərbaycanlılar arasında kütləvi toqquşma dava.jpg Dava nəticəsində 7 rus bıçaqla yaralanıb Rusiyanın Perm vilayətinin Karaqay rayonunda yerli ruslarla azərbaycanlılar arasında kütləvi toqquşma baş verib. Lent.az-ın “Permskie sosedi” qəzetinə istinadən verdiyi məlumata görə, ötən həftənin ortalarında baş verən toqquşma zamanı 10-a yaxın adam yaralanıb. Hüquq-mühafizə orqanları xeyli müddət hadisəni gizlətməyə çalışıblar. Lakin “Permskiye sosedi” qəzeti Perm vilayəti Daxili İşlər Baş İdarəsindəki mənbəyə istinadən həqiqətən də kütləvi toqquşma faktının olduğunu bildirir. Yerli ruslar və azərbaycanlılar arasında baş verən kütləvi toqquşmanın qarşısını almaq üçün hadisə yerinə Karaqay rayon milisinin və Perm Yol Patrul Xidməti polkunun əməkdaşları göndərilib. Dava nəticəsində yeddi rusun bıçıqla yaralandığı vurğulanır. Qəzetin iddiasına görə, azərbaycanlı iş adamları ağac tədarükü bazasını nəzarət altına almağa çalışıblar. Yerli biznesmenlər isə bununla razılaşmayaraq azərbaycanlılara kütləvi hücum təşkil ediblər. “Permskie sosedi” ancaq hücum edən ruslara cinayət işi qaldırıldığını bildirir. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar