SON XƏBƏRLƏR

Kondaliza Raysın başına pul mükafatı qoyublar

2021.10.20, 07:36
Kondaliza Raysın başına pul mükafatı qoyublar

Gunaz.tv
Kondaliza Raysın başına pul mükafatı qoyublar kondoliza_rays1.jpg Auckland Universitetinin tələbə dərnəyi K.Raysı "həbs edən" şəxsə 5 min Yeni Zenladiya dolları pul mükafatı veriləcəyini bildiriblər Yeni Zenlandiyalı tələbələr, ölkələrinə səfər edəcək ABŞ-ın Xarici İşlər Naziri Kondaliza Raytsın başına tutulması üçün pul mükafatı qoyublar. Auckland Universitetinin tələbə dərnəyi, İraqın işğalı səbəbi ilə protesto etmək istədikləri K.Raysı səfər zamanı "həbs edən" şəxsə 5 min Yeni Zenladiya dolları pul mükafatı veriləcəyini bildiriblər. Tələbə dərnəyinin sədri David Do, "Bu əslində simvolik bir protesto, K.Raysın xarici işlər naziri kimi İraqla bağlı tutduğu mövqe və terror şübhəlilərinə işgəncə edilməsinə icazə verməsinə görə təşkil olunmuş protesto" deyib. D.Do tələbələrin həmçinin Cenevrə müqaviləsinin şərtlərini pozduğu üçün K.Raytsın həbs olunması üçün polisə rəsmi müraciət etməyi düşünüdüklərini də vurğulayıb./ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar