SON XƏBƏRLƏR

Əhmədinejadın rəqibinin qəzeti bağlandı

2021.10.20, 07:36
Əhmədinejadın rəqibinin qəzeti bağlandı

Gunaz.tv
Əhmədinejadın rəqibinin qəzeti bağlandı iran-qazet-bagli.jpg İran hökuməti prezident Mahmud Əhmədinejadın siyasi rəqibi sayılan Baker Kalibafa məxsus “Həmşəhri” qəzetinin çapı edilməsini qadağan edib. Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, qəzetin bağlanmasının rəsmi səbəbi kimi “ölkəyə ziyan vuran iqtisadi məqalələr” göstərilib. İranın rəsmi “İRNA” agentliyi bildirir ki, məmurlar “Həmşəhri” qəzetində yalan informasiyalar yazıldığından şikayət ediblər. Guya ki, qəzetin məqsədi ölkə iqtisadiyyatını zəiflətmək olub. Maraqlıdır ki, “Həmşəhri” bağlanmamışdan öncə İran Mərkəzi Bankının rəhbəri və maliyyə naziri arasında münaqişə ilə bağlı məqaləyə görə cərimə olunub. “Həmşəhri” son bir ay ərzində iqtisadi məqalələrinə görə bağlanılan ikinci qəzetdir. Bundan əvvəl İran hökuməti “Tehran Emruz” qəzetinin çapına qadağa qoymuşdu. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar