SON XƏBƏRLƏR

“Ergenekon” mühakimə mərhələsində

2021.10.20, 07:36
“Ergenekon” mühakimə mərhələsində

Gunaz.tv
“Ergenekon” mühakimə mərhələsində 20080726091643_1.jpg Türkiyədə 13 aydır davam edən Ergenekon əməliyyatının istintaqında mühakimə mərhələsi başlayıb. İstanbul 13-cü Kriminal Məhkəməsi Ergenekon iddianaməsini qəbul edib. Mövzuya bağlı rəsmi şərh hələ verilməyib. "CNN Türk"ün xəbərinə görə, təxminən 2 min 500 səhifəlik iddianamə DVD-lərə yazılır. 48-i məhbus, 38-i həbssiz olan ümumilikdə 86 şübhəlini əhatə edən iddianamədə bəzi şübhəlilər Dövlət şurası və Respublika qəzetinə hücuma təşəbbüs göstərməklə günahlandırılırlar. Tutulanlar silahlı terror təşkilatı qurmaq və idarə etməkdə, dövlət çevrilişinə cəhddə, Türkiyə hökumətinə qarşı xalqını silahlı üsyana təhrik etməkdə ittiham edilirlər. ANS PRESS

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar