SON XƏBƏRLƏR

BOSNİYADAKI SERB ORDUSUNUN KEÇMİŞ KOMANDANI MÜHAFİZƏÇİLƏRİNƏ ONU GÜLLƏLƏMƏK ƏMRİ VERİB

2021.10.20, 07:36
BOSNİYADAKI SERB ORDUSUNUN KEÇMİŞ KOMANDANI MÜHAFİZƏÇİLƏRİNƏ ONU GÜLLƏLƏMƏK ƏMRİ VERİB

Gunaz.tv
BOSNİYADAKI SERB ORDUSUNUN KEÇMİŞ KOMANDANI MÜHAFİZƏÇİLƏRİNƏ ONU GÜLLƏLƏMƏK ƏMRİ VERİB radkomladic_1.jpg Ratko Mladiç Haaqa tribunalının barəsində axtarış elan etdiyi Bosniya serblərinin ordusunun keçmiş ali baş komandanı, general Ratko Mladiç ölməyi tutulmaqdan üstün bilir. Bu səbəbdən general silahlı mühafizəçilərinə əmr edib ki, Serbiya təhlükəsizlik qüvvələrinin əlinə keçdiyini gördükdə onu güllələsinlər. «Media forum» saytı xəbər verir ki, məlumat Serbiya xüsusi xidmət orqanlarındakı mənbəyə istinadla yayılıb. R.Mladiçin Serbiya şəhərlərindən birində iki mühafizəçi ilə gizləndiyi bildirilir. Buna qədər təhlükəsizlik qüvvələri keçmiş generalın axtarışı ilə bağlı dəfələrlə reyd keçirib, amma bəzi hallarda informasiyanın sızması səbəbindən onu tutmaq mümkün olmayıb. R.Mladiç 1995-ci ildən axtarışdadır. O, Bosniya serblərinin keçmiş lideri Radovan Karaciç kimi bosniyalılara qarşı soyqırım törətməkdə və başqa cinayətlərdə təqsirkar hesab olunur. R.Karaciç iyulun 21-də axşam saatlarında Belqradda həbs olunub. Onun bugünlərdə Haaqa məhkəməsinə təhvil veriləcəyi gözlənir. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar