SON XƏBƏRLƏR

İRANDA İDMANÇI QADINLARIN YARIŞLARINI TELEVİZİYADA GÖSTƏRİB-GÖSTƏRMƏMƏK MƏSƏLƏSİ MÜZAKİRƏ OLUNUR

2021.10.20, 07:36
İRANDA İDMANÇI QADINLARIN YARIŞLARINI TELEVİZİYADA GÖSTƏRİB-GÖSTƏRMƏMƏK MƏSƏLƏSİ MÜZAKİRƏ OLUNUR

Gunaz.tv
İRANDA İDMANÇI QADINLARIN YARIŞLARINI TELEVİZİYADA GÖSTƏRİB-GÖSTƏRMƏMƏK MƏSƏLƏSİ MÜZAKİRƏ OLUNUR İran İslam Respublikasının rəsmiləri bu il Pekində keçiriləcək olimpiadada idmançı qadınların yarışlarını dövlət televiziyası ilə yayıb-yaymamaq məsələsini müzakirə edirlər. «Media forum» saytının məlumatına görə, İran Dövlət Televiziyasının idman proqramlarının rəhbəri Əli Əsgər Purməhəmmədi deyib ki, o, ölkə rəsmilərindən Pekin olimpiadasındakı qadın yarışlarını yayımlamaq üçün icazə almağa çalışacaq. İranın qadın idmançıları son illərdə beynəlxalq yarışlarda müəyyən qədər iştirak etmək imkanı qazansalar da, dövlət televiziyasının rəhbərliyi idmançı qadınların geyiminin islam qaydalarına uyğun olmadığını əsas gətirərək onların yarışını nümayiş etdirməkdən boyun qaçırır. İranın Pekin olimpiadasına göndərəcəyi 53 nəfərlik heyətdə üç idmançı qadın da var. İran qanunlarına görə, idmançı qadınlar yalnız hicab qaydalarının pozulmadığı beynəlxalq yarışlara qatıla bilərlər. İranda bir çox ruhani, o cümlədən Məşhədin imam cüməsi ayətullah Elmülhüda qadınların ümumiyyətlə idman yarışlarına qatılmasını haram sayır. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar