SON XƏBƏRLƏR

Kalininqrad vilayətinin Elmi Kitabxanasında “Azərbaycan guşəsi” yaradılıb

2021.10.20, 07:36
Kalininqrad vilayətinin Elmi Kitabxanasında “Azərbaycan guşəsi” yaradılıb

Gunaz.tv
Kalininqrad vilayətinin Elmi Kitabxanasında “Azərbaycan guşəsi” yaradılıb Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Rusiyanın Kalininqrad vilayətinin Universal Elmi Kitabxanasında “Azərbaycan guşəsi” yaradılıb.Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, kitabxanaya Heydər Əliyev, Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycanın tarixi, qədim dövlətçiliyi, iqtisadiyyatı, neft siyasəti, mədəniyyəti, incəsənəti, adət-ənənələri, Dağlıq Qarabağ problemi haqqında kitab və elektron nəşrlər, lüğət və ensiklopediyalar, Azərbaycan dilini öyrənənlər üçün vəsaitlər göndərilib. Bundan əlavə, 21-23 iyul tarixində Kalininqrad vilayətinin Universal Elmi Kitabxanasında azərbaycan kitablarından ibarət sərgi keçirilmişdir. Qeyd edək ki, bölmə 15 iyun tarixində Azərbaycan Demokratik Respublikasının yaradılmasının 90 illiyi və Milli Qurtuluş gününün 15 illiyi münasibəti ilə yaradılmışdı.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar