SON XƏBƏRLƏR

LOS-ANCELES TOLERANTLIQ MƏRKƏZİNİN RƏHBƏRİ ERMƏNİLƏRİN AZƏRBAYCANLILARA QARŞI TÖRƏTDİKLƏRİ VƏHŞİLİKLƏRİ QƏTİYYƏTLƏ PİSLƏMİŞDİR

2021.10.20, 07:36
LOS-ANCELES TOLERANTLIQ MƏRKƏZİNİN RƏHBƏRİ ERMƏNİLƏRİN AZƏRBAYCANLILARA QARŞI TÖRƏTDİKLƏRİ VƏHŞİLİKLƏRİ QƏTİYYƏTLƏ PİSLƏMİŞDİR

Gunaz.tv
LOS-ANCELES TOLERANTLIQ MƏRKƏZİNİN RƏHBƏRİ ERMƏNİLƏRİN AZƏRBAYCANLILARA QARŞI TÖRƏTDİKLƏRİ VƏHŞİLİKLƏRİ QƏTİYYƏTLƏ PİSLƏMİŞDİR AzərTAc xəbər verir ki, iyulun 23-də Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyası sədrinin müavini Gültəkin Hacıyeva ölkəmizdə səfərdə olan Los-Anceles Tolerantlıq Mərkəzinin rəhbəri ravvin Abraham Kuper ilə görüşmüşdür. G.Hacıyeva bildirmişdir ki, Azərbaycan dünyəvi dövlətdir və burada ta qədimdən tolerantlıq mövcuddur. Azərbaycan digər xalqlara hörmət bəsləmək baxımından hətta Avropa Şurası ölkələrinə də nümunə ola bilər. Azərbaycanda yəhudilər, ruslar və digər xalqların nümayəndələri ölkənin bərabərhüquqlu vətəndaşları olaraq yaşayırlar və onlara qarşı heç vaxt antisemitizm halları olmamışdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən Gültəkin Hacıyeva demişdir ki, indiki Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında qurulmuşdur. Ölkəmiz Avropaya inteqrasiya yolunu tutmuş və sürətlə inkişaf etməkdədir. Lakin Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın, eləcə də regionun inkişafına ciddi maneə törədir. Ermənilərin işğal etdikləri Dağlıq Qarabağda və onun ətrafındakı 7 rayonda tarixi abidələri, muzeyləri, qəbiristanlıqları, müsəlman mərkəzlərini məhv etmələri barədə faktları amerikalı qonağın diqqətinə çatdırılmışdır. Abraham Kuper Azərbaycan həqiqətləri barədə dünya ictimaiyyətinə məlumat verilməsi üçün ABŞ-da və digər ölkələrdə maarifləndirmə işlərinin aparılmasının əhəmiyyətindən danışmışdır. Qonaq qeyd etmişdir ki, İslam dininin əsl mahiyyətini dünyaya çatdırmaq, terror təşkilatlarına qarşı təbliğat aparmaq üçün ilk növbədə din xadimlərindən istifadə edilməlidir. Abraham Kuper ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri qətiyyətlə pisləmiş, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işində kömək göstərəcəyini bildirmişdir. Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar