SON XƏBƏRLƏR

Iranla Qərb arasında nüvə məsələsi üzrə müzakirələr davam etdiriləcək - İranın atom enerjisi təşkilatının sədri

2021.10.20, 07:36
Iranla Qərb arasında nüvə məsələsi üzrə müzakirələr davam etdiriləcək - İranın atom enerjisi təşkilatının sədri

Gunaz.tv
Iranla Qərb arasında nüvə məsələsi üzrə müzakirələr davam etdiriləcək - İranın atom enerjisi təşkilatının sədri «Uranın zənginləşdirilməsi məsələsi haqda həm Qərb, həm İran ismarıclarını alıb və mənim fikrimcə, müzakirələr öhdəliklər çərçivəsində başlayıb» -deyə, İranın Atom Enerjisi təşkilatının sədri Qulamrza Ağazadə cümə axşamı Vyanada MAQATE-nin Baş katibi Məhəmməd əl-Bəradei ilə görüşdən sonra mətbuat konfransında bildirib. Bu barədə İranın «İRNA» agentliyi məlumat yayıb. O, əlavə edib ki, müzakirələr ciddi mərhələdədir və ümumi öhdəliklərin qruplaşdırılmasının vaxtı gəlib çatıb. Ağazadə İran və 5+1 qrupu arasında olan təkliflər zərfi haqda bildirib ki, biz Qərdən qeyri- rəsmi məktub (non paper) almışdıq və Cenevrədə iyulun 19 – da keçirilmiş iclasda da biz qeyri - rəsmi məktub vermişik, təbiidir ki, bu məktubun araşdırılmasının zamana ehtiyacı var. O əlavə edib ki, araşdırmalar öz axarında davam etməlidir və sonda hər iki məktubda irəli sürülən təkliflər birgə müzakirə olunmalıdır. trend

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar