SON XƏBƏRLƏR

PKK-nın İraqdakı mövqeləri bombalandı

2021.10.20, 07:36
PKK-nın İraqdakı mövqeləri bombalandı

Gunaz.tv
PKK-nın İraqdakı mövqeləri bombalandı Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr PKK terror təşkilatının İraqın şimalındakı mövqelərini növbəti dəfə bombalayıb. APA-nın məlumatına görə, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı iyulun 23-də gecə İraqın şimalındakı Zap bölgəsində müəyyənləşdirilən terrorçulara zərbə endirildiyini açıqlayıb. Əməliyyat zamanı 13 hədəf vurulub. Ölən və yaralanan terrorçuların sayı dəqiqləşdirilir. bizimyol -------------------------------------------------------------------- Viktor Yuşşenko keçmiş silahdaşı zəhərləyib nbiyjeoe.gif Prezident David Jvaniyanın Ukrayna vətəndaşlığından məhrum olunması barədə məsələ qaldırıb Ukrayna prezidenti Viktor Yuşşenko keçmiş silahdaşı, deputat David Jvaniyanın onun zəhərlənməsində əli olduğunu bildirib. APA-nın Ukrayna xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, Kiyevdə mətbuat konfransı keçirən V. Yuşşenko jurnalistlərin zəhərlənmə olayında D. Jvaniyanın rolunun olub-olmadığına dair sualına belə cavab verib: “Düşünürəm ki, bəli”. Qeyd edək ki, daxili işlər naziri Yuri Lutsenkonun rəhbərlik etdiyi “Xalq Özünümüdafiəsi” hərəkatının üzvü olan David Jvaniya Viktor Yuşşenkonun əslində zəhərlənmədiyini bildirərək bununla bağlı mediada kampaniya aparır. Prezident katibliyi isə V. Yuşşenkonun zəhərlənməsində bu şəxsin əlinin olduğunu bəyan edərək onun Ukrayna vətəndaşlığından məhrum olunması barədə məsələ qaldırıb. Prezident katibliyi rəhbərinin müavini İqor Pukşin D. Jvaniyanın zəhərlənmə məsələsində əsas fiqurantlardan biri olduğunu söyləyib: “Xatırlatmaq istəyirəm ki, Satsyukun bağ evindəki axşam yeməyinin əsas təşkilatçısı məhz Jvaniya olub. Həmin yeməkdən sonra Yuşşenko qəflətən xəstələndi. Bununla da Jvaniya birbaşa və ya dolayı yolla prezidentliyə namizədin zəhər yeməsinə “kömək” etmiş oldu”. Xatırladaq ki, V. Yuşşenko 2004-cü ildə keçirilən prezident seçkiləri ərəfəsində yaxın silahdaşı D. Jvaniya ilə birlikdə Ukrayna Təhlükəsizlik Xidməti rəhbərinin müavini Aleksandr Satsyukun bağ evində olub. Burada yemək yeyən V. Yuşşenkonun səhhəti bir qədər sonra qəflətən pisləşib. Ukraynalı həkimlər ona diaqnoz qoya bilməyiblər. Vyanaya aparılan prezidentliyə namizədin orqanizmində yüksək dozada dioksin kimyəvi maddəsi olduğu müəyyənləşdirilib. bizimyol

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar