SON XƏBƏRLƏR

TƏBRIZ UNIVERSITETINDƏ NƏŞR OLUNAN “SƏTTƏRXAN” ADLI TƏLƏBƏ DƏRGISINƏ QADAĞA QOYULDU

2021.10.20, 07:36
TƏBRIZ UNIVERSITETINDƏ NƏŞR OLUNAN “SƏTTƏRXAN” ADLI TƏLƏBƏ DƏRGISINƏ QADAĞA QOYULDU

Gunaz.tv
TƏBRIZ UNIVERSITETINDƏ NƏŞR OLUNAN “SƏTTƏRXAN” ADLI TƏLƏBƏ DƏRGISINƏ QADAĞA QOYULDU DAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən son günlərdə Güney Azərbaycan Universitetlərindəki olaylarla bağlı ardıcıl məlumat verilir. Hakimiyyət nümayəndələri universitetlər daxilindəki problemləri aradan götürmək məqsədilə bütün təzyiq və həbs, işgəncələrlə yanaşı tələbələrin hazırlayıb nəşr etdiyi dərgiləri də bağlamaq qərarına gəlib. Səttərxan dərgisi Təbriz Universitetinin tələbələrini milli və mədəni irsini qoruyub saxlayan dərgilərdən hesab olunur. Dərginin ilk nəşr edildiyi nömrəsindən bu günə qədər dəfələrlə uzunmüddətli nəşri dayandırılmış və ciddi əngəllər törədilmişdir. Dərginin məsulu Hüseyn Ədiban bildirib ki, onun heç xəbəri olmadan və ona xəbərdarlıq edilmədən dərginin qadağan edilməsi heç bir qanuni hərəkət deyil. Onun fikrincə dərginin keçən sayında “Azərbaycan Öyrənci Hərəkatı”na həsr olunması ETTELAAT məmurlarını narahat edibdir. Bununla yanaşı bu tip dərgilərin nəşr olunması hər zaman şovinist hakimiyyətinin qəzəbinə səbəb olmaqdadır. www.dak.az

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar