SON XƏBƏRLƏR

İran və MAGATE arasında növbəti müzakirələr başlayır

2021.10.20, 07:36
İran və MAGATE arasında növbəti müzakirələr başlayır

Gunaz.tv
İran və MAGATE arasında növbəti müzakirələr başlayır Azərbaycan, Bakı,24 iyul / Trend News , müxbir T.Cəfərov / İranın Atom Enerji Təşkilatının sədri və İran prezidentinin müavini Qulamrza Ağazadə cümə axşamı MAGATE-nin Baş katibi Məhəmməd əl-Bəradei ilə BMT-nin Viyanada yerləşən Avropa ofisində görüşəcək. Bu barədə İranın «İRNA» agentliyi məlumat yayıb. Tərəflər görüşdən sonra birgə mətbuat konfransı keçirəcəklər. Bundan əvvəl, İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının Baş katibi Səid Cəlili iyulun 19-da Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Komissarı Havyer Solana ilə Cenevrədə görüşmüşdü. Bu görüşdə Qərb İrana «altılıq» ölkələrinin təqdim etdiyi təkliflər zərfinə konkret cavab vermək üçün 2 həftə vaxt verib. İran uranın zənginləşdirilməsi prosesini dayandırdığı təqdirdə, Qərb ona siyasi-iqtisadi güzəştlər etməyə hazır olduğunu bildirib. İndiyədək İran bu təkliflərə müsbət cavab verməsə də, imtina da etməyib. trend

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar