SON XƏBƏRLƏR

Turkish Daily News»: «Ankara Azərbaycanın narazılığı ilə qarşılaşacağından narahatdır

2021.10.20, 07:36
Turkish Daily News»: «Ankara Azərbaycanın narazılığı ilə qarşılaşacağından narahatdır

Gunaz.tv
Türkiyə Azərbaycandan qorxur 4faalcpb.gif «Turkish Daily News»: «Ankara Azərbaycanın narazılığı ilə qarşılaşacağından narahatdır» Rəsmki Ankara ilə İrəvan arasında aparılan gizli danışıqların təfərruatları açıqlandı Türkiyə mətbuatı Ermənistan prezidenti Serj Sərkisyanın Türkiyə-Ermənistan münasibətlərinin yaxşılaşması ilə bağlı bəyanatını şərh etməkdə davam edir. lent.az-ın məlumatına görə, «Turkish Daily News» danışıqların təfərrüatları ilə bağlı yeni məqamları açıqlayıb. Qəzet yazır ki, Ankara gizli danışıqların təfərrüatlarının açıqlanacağından narahatdır. Çünki bu halda Azərbaycanın narazılığı ilə qarşılaşacaq: «Serj Sərkisyanın Türkiyə ilə birbaşa danışıqlara işarə etməsi Ankara üçün stimula çevrilib. Buna qədər Türkiyə 10 il ərzində İrəvanla qeyri-rəsmi görüşlər keçirib. Məlum olub ki, Türkiyə Xarici İşlər Nazirliyinin müşaviri Ərtoğrul Apakan və Orta Asiya və Qafqaz məsələləri üzrə müşavirin müavini Ünal Çeviköz may və iyul aylarında erməni həmkarları ilə 2 mərhələdə görüş keçiriblər. Xarici işlər naziri Əli Babacan Türkiyə və Ermənistan arasında Berndə görüş keçirildiyi faktını təsdiq etsə də, geniş məlumat verməkdən imtina edib». «Turkish Daily News» yazır ki, Apakan və Çeviközün iştirakı ilə Berndə keçirilən danışıqlar zamanı tərəflər mövcud problemlərin həlli üçün strategiya və mexanizm məsələlərində razılığa gəliblər. Məlum olub ki, görüşdə bir komissiyanın yaradılması məsələsi əvəzinə sərhədlərin açılması üçün komissiya, «erməni soyqırımı», təzminat ödənilməsi, Qarabağ münaqişəsi və Azərbaycanla münasibətlər müzakirə olunub. Diplomatik münasibətlərin qurulması məsələsini isə ayrıca müzakirə etmək və bunun üçün bir neçə komissiya yaratmaq qərara alınıb. Qəzet qeyd edir ki, Ermənistanın keçmiş prezidenti Robert Köçəryan Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanın «erməni soyqırımı» ilə bağlı tarixçilərin birgə komissiyasını yaratmaq təklifini rədd edərək, dövlətlərarası komissiya yaradılmasında təkid edib. Bu dəfə isə hər iki tərəfin marağına cavab verəcək məsləhətçi mexanizm yaradılmasına səy göstərilib. bizimyol

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar