SON XƏBƏRLƏR

Azərbaycanla Rusiya arasında yeni yük qalmaqalı_Rusiya İrana göndərilən yükün Azərbaycanda saxlandığını bəyan edib

2021.10.20, 07:36
Azərbaycanla Rusiya arasında yeni yük qalmaqalı_Rusiya İrana göndərilən yükün Azərbaycanda saxlandığını bəyan edib

Gunaz.tv
Azərbaycanla Rusiya arasında yeni yük qalmaqalı Rusiya İrana göndərilən yükün Azərbaycanda saxlandığını bəyan edib du3q6ki8.gif Azərbaycan gömrükçülərinin Rusiyanın “Atomstroyeksport” şirkətinin İranın “Buşəhr” Atom Elektrik Stansiyası (AES) üçün göndərdiyi yükü saxlaması barədə məlumat əsassızdır. Bu barədə APA-ya Azərbaycan Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib. DGK-dan komitə sədri Aydın Əliyevin yükün saxlanması barədə hər hansı mətbuat orqanına açıqlama verməsi barədə məlumatı da təkzib ediblər. “Atomstroyeksport” şirkətindən də yükün saxlanması barədə məlumatı təsdiqləməyiblər. Qeyd edək ki, Azərbaycan gömrükçülərinin Rusiyanın “Atomstroyeksport” şirkətinin İranın “Buşəhr” AES üçün göndərdiyi yükü növbəti dəfə saxlaması barədə xəbəri “Qovorit Moskva” radiosu Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevə istinadən yayıb. Xəbərdə bildirilir ki, gömrükçülər bu addımı yükün kodunu yoxlamaq zərurəti yarandığından atıblar. Lakin yükün hansı ərazidə saxlandığı açıqlanmır. Sənədlərə görə, saxlanmış maşında 10 ton miqdarında 171 min dollarlıq izolyasiya materialları var. Qeyd edək ki, bir müddət əvvəl “Atomstroyeksport” şirkətinin “Buşəhr” AES üçün göndərdiyi yük Azərbaycan-İran sərhədində - Astara gömrük-keçid məntəqəsində saxlanılıb. Yük yalnız lazımi sənədlər təqdim olunduqdan sonra buraxılıb. bizimyol

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar