SON XƏBƏRLƏR

Ermənistan Ordusunun əsgəri Paruyr Stepanyan “Vətənə” qayıtmaqdan imtina edib

2021.10.20, 07:36
Ermənistan Ordusunun əsgəri Paruyr Stepanyan “Vətənə” qayıtmaqdan imtina edib

Gunaz.tv
Ermənistan Ordusunun əsgəri Paruyr Stepanyan “Vətənə” qayıtmaqdan imtina edib meeting.jpg Bu gün onunla Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin nümayəndələri görüşüb. Bu gün Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin nümayəndələri könüllü olaraq Azərbaycan tərəfə keçmiş Ermənistan Ordusunun əsgəri Paruyr Stepanyanla görüşüb. Danışıqlar qapalı keçib. Baxmayaraq ki, Stepanyan görüş zamanı bəyanat vermək niyyətində olduğundan görüşdə media nümayəndələrinin də iştirakının təmin olunmasını istəmişdi. Lakin Qırmızı Xaç Təşkilatının Bakı ofisinin rəhbəri Martin Amaşer bunun Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalara zidd olduğunu deyərək medianın iştirakı ilə Stepanyanla danışmaqdan imtina edib. Görüşdən sonra ANS-ə açıqlama verən erməni əsgəri məhz Ermənistan ordusundakı işgəncə halları, vətəndaşı olduğu ölkədəki qanunsuzluğa etiraz olaraq Azərbaycan tərəfə keçdiyni etiraf etməklə qırmızı xaç təşkilatından ona üçüncü ölkəyə keçməyə kömək etmələrini xahiş edib. Hələlik təşkilat nümayəndələri onun xahişinə heç bir cavab verməyib. Qeyd edək ki, Qırmızı Xaçın nümayəndələri Stepanyana onun ailəsinin məktubunu da çatdırıblar.ans

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar