SON XƏBƏRLƏR

Mobil telefondan istifadə xərçəng riski yaradır

2021.10.20, 07:36
Mobil telefondan istifadə xərçəng riski yaradır

Gunaz.tv
Mobil telefondan istifadə xərçəng riski yaradır mobil_25iyul.jpg ABŞ-ın aparıcı xərçəng xəstəliyi üzrə tədqiqatlar institutunun direktoru mobil telefondan istifadənun yüksək xərçəng riski yaratdığını açıqlayıb. Pitsburq Xərçəng Xəstəliyi İnstitutunun rəhbəri Ronald Herberman deyib ki, mobil telefondan istifadə edənlər hər hansı tədqiqatın aparılmasını gözləmədən təcili tədbirlər görməlidirlər. O bildirib ki, uşaqlar mobil telefonlardan yalnız çox vacib hallarda istifadə etməlidirlər və böyüklər telefonu başlarından uzaqda tutmalıdırlar. Hələlik mobil telefonun beyin risk törətditini heç bir akademik tədqiqat araşdırmayıb. Cənab Herberman deyib ki, onun xəbərdarlığı hələ dərc olunmamış sübutlara əsaslanır. "Biz hər hansı tədqiqatın ortaya çıxmasını gözləməməliyik, sonradan peşman olmaqdansa indidən tədbirlər görməliyik" - deyib cənab Herberman. O deyib ki, uşaqların beyni inkişafda olduğu üçün onların mobil telefonlardan qorunmağa daha çox ehtiyacı var. express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar