SON XƏBƏRLƏR

Ənn Dərsi "Jurnalistlərin dostu" mükafatına layiq görülüb

2021.10.20, 07:36
Ənn Dərsi "Jurnalistlərin dostu" mükafatına layiq görülüb

Gunaz.tv
Ənn Dərsi "Jurnalistlərin dostu" mükafatına layiq görülüb "ABŞ AZƏRBAYCANDA SÖZ VƏ MƏTBUAT AZADLIĞINI DƏSTƏKLƏYİR" Siyasi və Mülki Hüquqları Müdafiə Mərkəzi dünən "Kaspian Plaza" otelində "Jurnalistlərin dostu" mükafatın ın təqdimetmə mərasiminə həsr edilmiş tədbir keçirib. Mərkəzin rəhbəri Pərviz Həşimli mükafatın qalibinin sorğu əsasında müəyyənləşdirildiyini qeyd edib. Onun sözlərinə görə, sorğu 20 gündəlik qəzet, 3 telekanal, 3 informasiya agentliyi və 2 internet qəzetinin ümumilikdə 60 nəfər əməkdaşı arasında aparılıb. P.Həşimli sorğunun nəticəsinə görə, Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqalada və səlahiyyətli səfiri Ənn Dərsinin qalib olduğunu bildirib. O, Ə.Dərsinin Azərbaycanda söz və mətbuat azadlığının müdafiəsindəki xidmətlərinə görə "Jurnalistlərin dostu" nominasiyasına layiq görüldüyünü deyib: "Ənn Dərsi həqiqətən də, bu sahədə çox fəaldır. Sorğunun nəticələrinə görə, ikinci və üçüncü yerləri müvafiq olaraq Avropa Şurası Parlament Assambleyasının Monitorinq komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Andreas Herkel və Sərhədsiz Reportyorlar təşkilatı tutub". Daha sonra mərkəzin rəhbəri diplomdan və xüsusi prizdən ibarət mükafatı səfirə təqdim edib. ABŞ-ın ölkəmizdəki səfiri Ə.Dərsi Azərbaycan jurnalistlərinin peşə bayramından iki gün ötməsinə baxmayaraq bir daha media nümayəndələrini təbrik edib. Səfir jurnalistlərin ona belə bir qiymət verməsini böyük sevinc və fəxr hissiylə qarşıladığını söyləyib: "Azərbaycanda ABŞ-ın səfiri kimi fəaliyyət göstərdiyim müddətdə jurnalistlərin dostu mükafatını layiq görülməyim mənim üçün çox böyük şərəfdir. ABŞ dövləti söz və mətbuat azadlığının demokratiyanın fundamental, mühüm dayaqlarından biri olduğuna inanır. Çünki azad mühitdə azad media çox böyük məsuliyyətə malik olur. Bu məsələ jurnalistlərin üzərinə böyük iş düşür. Hesab edirəm ki, jurnalistlər vəzifələrini icra edərkən etika, peşəkarlıq kimi yüksək standartlara riayət etməli və obyektivliyi hər zaman qorumalıdırlar". Səfir Azərbaycanın demokratik inkişaf baxımından öz seçimini etdiyini vurğulayıb. O, bu məsələdə ABŞ-ın hər zaman Azərbaycanın yanında olacağını diqqətə çatdırıb: "Azərbaycanın seçimi demokratik gələcəyin yaradılmasıdır. ABŞ bu istiqamətdə səy göstərən şəxslərə, o cümlədən qurumlara öz köməyini əsirgəməyəcək. Azad media və azad təchizatların yaradılması da, bu məqsədə qulluq edir. Media azadlığı olmadan demokratiya və azad cəmiyyət də ola bilməz. Azad mətbuatın rəqabət şəraitində inkişafı üçün mütləq normal şərait yaradılmalıdır". Bu məsələdə ABŞ hər zaman Azərbaycanın yanındadır. Bununla yanaşı ABŞ Azərbaycanda söz və mətbuat azadlığını dəstəkləyir. Oktyabr ayında Azərbaycanda prezident seçkiləri olacaq. Seçkilər ərəfəsində həm Azərbaycanda, həm də ABŞ-da medianın rolu çox önəmlidir. Seçicilər mövqelərini medianın reportajları əsasında formalaşdırırlar. Ona görə də bu məsələdə azad və peşəkar medianın işi çox vacibdir. Biz bundan sonra da Azərbaycanın bu istiqamətdə uğurlar qazanması üçün əlmizdən gələn hər bir işi görəcəyik". Millət vəkilləri Asim Mollazadə, Pənah Hüseyn, "Zerkalo" qəzetinin baş redaktoru Elçin Şıxlı, "Bizim yol" qəzetinin baş redaktoru Bahəddin Həziyev, hüquq müdafiəçiləri Leyla Yunus, Arzu Abdullayeva, Əvəz Həsənov da öz fikirlərini tədbir iştirakçıları ilə bölüşüblər. AQİL 525

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar