SON XƏBƏRLƏR

ERMƏNİSTAN ÜMİDLİ, AZƏRBAYCAN İSƏ İNTİZARDA

2021.10.20, 07:36
ERMƏNİSTAN ÜMİDLİ, AZƏRBAYCAN İSƏ İNTİZARDA

Gunaz.tv
ERMƏNİSTAN ÜMİDLİ, AZƏRBAYCAN İSƏ İNTİZARDA Abdulla Gülün Serj Sarkisyana cavabı bir çox məsələlərə aydınlıq gətirə bilər Ermənistan prezidenti Serj Sarkisyanın Türkiyə prezidenti Abdulla Gülü sentyabrın 6-da keçiriləcək Ermənistan-Türkiyə futbol oyununa dəvət etməsi mətbuatda ən çox müzakirə olunan məsələlərdəndir. Türkiyə dövlət başçısı hələlik qəti bir cavab verməsə də səfərin mümkünlüyünü istisna etmir. Dəvətlə bağlı Türkiyədə fərqli fikirlər meydana çıxıb. Bəziləri hesab edir ki, Ermənistan Türkiyənin ən böyük düşmənidir, Abdulla Gül ora getməməlidir. Onların narahatlığı bundan ibarətdir ki, ermənilər dövlət başçısını təhqir edə, hətta sui-qəsdə cəhd belə edə bilərlər. Bu fikirdə olanların qənaətinə görə, beynəlxalq aləmdə hansı reaksiya doğuracağından asılı olmayaraq Abdulla Gül Ermənistan prezidentinə yox cavabı verməlidir. Çox maraqlı məqamdır ki, Türkiyə dövlət başçısının Ermənistana getməsinin tərəfdarı olanlar çoxluq təşkil edir. Siyasətçilər arasında səfərin baş tutmasını istəyənlərlə yanaşı, Türkiyə mediasında da Ermənistanın lehinə təbliğat başlayıb. Ölkənin tanınmış siyasətçilərindən olan Mehmet Əli Birantın sözlərinə görə, səfərin reallaşması iki dövlət arasında münasibətlərin müsbətə doğru dəyişəcəyinə təkan verəcək, bu isə soyqırım məsələsinin yoluna qoyulmasına gətirib çıxaracaq: "İdman diplomatik münasibətlərin inkişafında həmişə mühüm rol oynayıb. Odur ki, fürsəti ucuz vətənpərvərlik şousuna qurban vermək olmaz". Belə çıxır ki, şərhçi səfərə qarşı çıxanların etirazının vətənpərvərliklə heç bir əlaqəsinin olmadığı qənaətindədir. Ermənistanda isə narazıların sayı daha da çoxdur. Erməni Daşnaksütyun partiyası dəvətə münasibət bildirərək bəyanat verib ki, partiya Abdulla Gülün gəlişinə etiraz aksiyaları keçirəcək. Ermənistanın keçmiş prezidenti Robert Köçəryan da Türkiyə dövlət başçısının Ermənistana dəvət edilməsini pisləyib. Serj Sarkisyan isə eks-prezidentin diqqətinə çatdırıb ki, o, dövlət başçısıdır və Ermənistanın atdığı bütün addımlara görə o cavabdehdir. Məlum olduğu kimi, Avropa Birliyinə qəbul olunmaq Türkiyənin xarici siyasətində prioritet məsələdir. Bu yolda Ermənistanın Türkiyəyə qarşı irəli sürdüyü "soyqırım" iddiası və bu ölkə ilə sərhədlərin bağlı olması əsas əngəllərdən hesab edilir. Qərb dünyasının da bu yöndə Türkiyəyə təzyiqləri günbəgün artmaqdadar. Bir sözlə, Türkiyə çox çətin situasiya ilə üzləşib. Avropa Birliyi həsrətinə son qoymaq üçün ermənilərin nazı ilə oynamağa məcbur edilir. Türkiyənin bir çox mənbələrində etiraf edilir ki, onlar Avropa Birliyinə qəbul olmaq üçün Ermənistanla sərhədləri açmağa meyllidir. Sərhədlərin açılması isə Türkiyənin dəyişməz və əbədi müttəfiqi Azərbaycanın zərbə altına qoyulması anlamına gəlir. Qeyd edək ki, Türkiyə Ermənistanla sərhədlərini məhz bu ölkənin Azərbaycanla apardığı müharibəyə görə 1993-cü ildə bağlayıb.Türkiyə də dəfələrlə Qərbin diqqətinə çatdırıb ki, münasibətlərin kritik həddə çatmasında birmənalı olaraq Ermənistan günahkardır. Şübhəsiz ki, belə bir situasiyada Ermənistanın addımı dünya dövlətləri tərəfindən dəstəklənib və onlar ümid edirlər ki, rəsmi Ankara Serj Sarkisyanın dəvətinə müsbət cavab verəcək. Elə rəsmi İrəvan da Ankaradan hə cavabını almasına ümid edir. Maraqlı olan isə budur ki. Ermənistan ənənəvi olaraq "sülhsevər" imicini nümayiş etdirməklə məşğuldur, yoxsa Türkiyənin inadcıllığını görüb ilk addımı ataraq həqiqətən münasibətlərin yaxşılığa doğru dəyişməsi üçün çalışır? Ermənistanın yenə də oyun nümayiş etdirdiyini deyən politoloq Azad İsazadə bildirib ki, bu ölkənin əsas niyyəti beynəlxalq ictimaiyyəti aldatmaqdır: "Ermənistan dünyaya göstərmək istəyir ki, mən sülh üçün addımı atdım. İndi isə növbə Türkiyənindir. Digər tərəfdən də bunu rəsmi səfər hesab etmək olmaz. Bu səfər idman hadisəsi ilə bağlı reallaşa bilər və səfərin nəticəsi olaraq hər hansı bir bəyannamənin, razılaşmanın imzalanması inandırıcı deyil". Türkiyəyə etdiyi səfərlərdə politoloqlarla, siyasi şərhləri ilə tanınan jurnalistlərlə görüşdüyünü deyən A.İsazadə onların Ermənistanla sərhədlərin açılmasını arzuladığını vurğulayıb: "Türkiyə ictimaiyyətinin geniş hissəsi sərhədləri açmağa hazırdır. Ancaq Ermənistanın genosid və Türkiyəyə qarşı ərazi iddialarından geri çəkiləcəyi şərti ilə. Onlar açıqcasına söyləyirlər ki, Türkiyə Ermənistan iqtisadiyyatını ayağa qaldırmağa qadirdir, amma bu dövlət irəli sürdüyü iddialarından geri çəkilməlidir. İndiki məqamda sərhədlərin açılıb-açılmamasını demək çox çətindir. Türkiyənin qarşısındakı problemləri çətinliyinə görə sıralasaq belə bir siyahı alınar: "Erməni soyqırımı", Avropa Birliyinə üzvlük məsələsi və Dağlıq Qarabağ problemi. Dağlıq Qarabağ Türkiyə üçün elə də vacib olmayan problemdir. Türkiyə Avropa Birliyinə üzv olmaq üçün bütün enerjisini sərf edir, Avropa isə şərt kimi "erməni soyqırımı"nın tanınmasını və Ermənistanla sərhədlərin açılmasını irəli sürür. Əgər bu problemlər həll olunsa, yəni Ermənistan "soyqırım" iddiasından geri çəkilsə, Türkiyənin Avropa Birliyinə üzv olmaq üçün sərhədləri açması mümkün görünür. Vəziyyət bu şəkildə uzun illər davam edə bilməz". Abdulla Gülün Ermənistana səfər edəcəyi halda belə heç nəyin dəyişməyəcəyini qeyd edən Araz İsazadə dövlət başçısının mənfi cavabını da istisna etmir. "Ola bilər ki, futbol oyunu ərəfəsində bilərəkdən hansısa başqa bir səfər reallaşdırılsın". Ömər adalet

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar