SON XƏBƏRLƏR

ABŞ-la İRAN ARASINDA YENİDƏN SOYUQ KÜLƏKLƏR ƏSİR

2021.10.20, 07:36
ABŞ-la İRAN ARASINDA YENİDƏN SOYUQ KÜLƏKLƏR ƏSİR

Gunaz.tv
ABŞ-la İRAN ARASINDA YENİDƏN SOYUQ KÜLƏKLƏR ƏSİR Raysın xəbərdarlığından sonra Mahmud Əhmədinejad sərt bəyənat verdi 2054.jpg İran prezidenti Mahmud Əhmədinejad bəyan edib ki, onun ölkəsi nüvə böhranı məsələsində bir qarış belə geri cəkilməyəcək. Ötən həftə Cenevrədə keçirilən danışıqlarda ilk dəfə Amerika nümayəndəsinin iştirakını müsbət qiymətləndirən Əhmədinejad Vaşinqtonu bu müsbət meyli “məsuliyyətsiz bəyənatlarla” korlamamağa çağırıb. Onun sözlərinə görə, həmin danışıqlarda Amerika emissarı İrana dair nəzakətli davranıb və belə meyl hiss olunub ki, ABŞ İranın nüvə hüquqlarını tanımaq istəyir: “İran xalqı öz seçimini edib və heç bir despotik rejimin qarşısında geri çəkilməyə hazırlaşmır.” Cenevrə danışıqlarından sonra dövlət katibi Kondoliza Rays xəbərdarlıq edib ki, İran nüvə danışıqlarına qeyri-ciddi yanaşır və bundan vaxt udmaq üçün istifadə edir. Ona görə də, İrana “altılar”ın təklifini qəbul etmək üçün iki həftə vaxt verilib. Əgər bu müddət ərzində İran konkret qərar verməsə, sərt cavabla üzləşməli olacaq. “İranlılara layiqli cavab verməyin vaxtı çatıb, insanlar artıq onların baş qatmaq taktikasından yorulublar”,- deyə Rays bildirmişdi. Beləliklə,10 gün sonra İran ona edilən son diplomatik təkliflərə cavab verməlidir. Əks halda ölkəyə qarşı sanksiyalar tətbiq olunacaq. Siyasət şöbəsi musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar