SON XƏBƏRLƏR

RADOVAN KARACİÇİN TƏRƏFDARLARI İĞTİŞAŞLAR TÖRƏDİB

2021.10.20, 07:36
RADOVAN KARACİÇİN TƏRƏFDARLARI İĞTİŞAŞLAR TÖRƏDİB

Gunaz.tv
RADOVAN KARACİÇİN TƏRƏFDARLARI İĞTİŞAŞLAR TÖRƏDİB radovan_karacic.jpg 1992-95-ci illərdəki Bosniya-Hersoqavina müharibəsi zamanı müsəlmanlara qarşı soyqrım siyasəti yeridən Bosniya serblərinin başçısı Radovan Karaciçin həbsinə etiraz əlaməti olaraq küçələrə çıxan serblər paytaxt Belqradda sabitliyi pozub. Serbiya Radikal partiyasının təşkilatçılığı ilə keçirilən dinc marş daha sonra iğtişaşa çevrilib. Respublika meydanına doğru irəliləyən yüzlərlə serb parlament sədrinin müavininin müraciətindən sonra prezident Boris Tadiçin iqamətgahına doğru irəliləməyə başlayıb. Milliyyətçi şüarlar səsləndirən nümayişçilər yol üzərindəki zibil qutularını yandırmağa, polisə daş parçaları atmağa başlayıb. Hakim partiyanın ünvanına təhqirlər səsləndirən mitinqçilər yollarda barrikadalar da qurub. Onların hədəfi yalnız polislər deyil, həm də KİV nümayəndələri olub. Qəzəbli kütləni sakitləşdirməyə çalışan polislə onlar arasında qarşıdurmalar baş verib. Sərt üsullar tətbiq edərək, sabitliyi bərpa etməyə nail olan asayiş keşikçiləri hazırda paytaxta nəzarəti ələ alıb. Buna baxmayaraq, Belqrada Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları gücləndirilmiş iş rejiminə keçib. /İctimai TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar