SON XƏBƏRLƏR

Türk mətbuatı Ermənistanın

2021.10.20, 07:36
Türk mətbuatı Ermənistanın

Gunaz.tv
Türk mətbuata Ermənistanın "yalnız qaldığını" xatırladır Türkiyənin Milliyyət qəzeti yazır ki, Türkiyə, Azərbaycan və Gürcüstanın dövlət başçılarının bu gün Qarsda təməlini qoyacaqları Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi Yerevana öz regionunda düçar olduğu yalnızlığı bir daha xatırladacaq. Müəllif hesab edir ki, bu günki təməlqoyma mərasimi nə Bakı-Tbilsi-Ceyhan neft kəmərini, nə də Bakı-Tbilsi-Qars dəmiryolu layihəsini əngəlləyə bilməyən erməni diasporuna yeni bir zərbə olacaq. "Elə isə, ermənilər eyni yolda yeriməkdə israr edəcəklərmi?" - deyə müəəlif sual edir. Məqalədə deyilir ki, Ermənistan Prezidenti Serj Sərkisyan Türkiyə ilə münasibətləri bərpa etmək üçün yollar axtardığı üçün Ermənitsan diasporası tərəfindən "xəyanətdə" günahlandırlır. "Amma Yerevan içərisinə düşdüyü çətinlikdən qurtulma ehtiyacını getdikcə daha çox hiss edir", deyə müəllif əlavə edir. Yazıda Ermənistanın baş naziri Tiqran Sərkisyanın erməni diasporasından gələn bir qrup gənclə görüşərkən söylədikləri sitat gətirilir. Qəzetin yazdığına görə, cənab Sərkisyan demişdi ki, "Ermənistanda yaşayıb yaşamağımızdan asılı olmayaraq, erməni olaraq bizim üçün əsas məsələ başqalarıyla vuruşmaq deyil, xalqımızın rifahı üçün çalışmaq olmalıdır". Milliyyət qəzeti yazır ki, Prezident Sərkiysanın Wall Street Journal qəzetində çıxan və Türkiyə ilə dialoq axtarışınıdan bəhs edən yazısı kimi bu sözlər də erməni diasporunu əsəbiləşdirəcək. Müəllif hesab edir ki, ermənistanın dünyaya açılması lazımdır və bunun Türkiyə üzərindən olacağını hərkəs görür. Yazıda deyilir ki, bu gün Qarsda keçirilən mərasim bunu bir daha xatırladacaq. Qəzet yazır ki, bu mərasim Ermənistanın strateji olaraq bu cür regional layihələrə daxil olmasının vacibliyini bir daha ortaya qoyacaq. Müəllif qeyd edir ki, özünə bu yolu açmaq üçün yerevanın qarabağ məsələsində atması lazım gələn cəsur addımlar var və Türkiyə də Yerevanın atdığı hər cəsur addıma cəsur addımla cavab verəcək və bunun işarələri artıq var. "Sonda seçim Ermənistanındır", deyir müəllif. "Ya diasporanun yoluyla gedib əvəzini yalnız qalmaqla ödəyəcək, ya da öz yolunu açıb regiondakı oyunçulardan biri olacaq". bbc

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar