SON XƏBƏRLƏR

RUSİYA İRANA ŞƏRT QOYULMASININ ƏLEYHİNƏDİR

2021.10.20, 07:36
RUSİYA İRANA ŞƏRT QOYULMASININ ƏLEYHİNƏDİR

Gunaz.tv
RUSİYA İRANA ŞƏRT QOYULMASININ ƏLEYHİNƏDİR sergey_lavrov.jpg Sergey Lavrov bu cür bəyənatların yolverilməz olduğunu bildirib. Rusiya altı vasitəçi ölkə tərəfindən İrana edilmiş təkliflərə cavab üçün Tehrana sərt zaman möhləti verilməsi əleyhinə çıxıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, burada nə prosesin acı bağırsaq kimi uzanmasına, nə də ya sabah, ya da heç vaxt kimi möhlətlərin qoyulmasına yol verilə bilməz. Cənab Lavrovun bu bəyənatı Amerikanın dövlət katibi Kondoliza Raysın bu günlərdə verdiyi bəyanatına cavab kimi başa düşülür. Xanım Rays bildirmişdi ki, Vaşinqton özünün nüvə proqramı ilə bağlı cavab üçün Tehrana 2 həftə vaxt verir. O demişdi ki, əks halda İran cəza tədbirləri gözünün altına almalıdır. Sergey Lavrov bu cür bəyənatların yolverilməz olduğunu bildirib. Ruisyanın xarici işlər naziri bu bəyənatları Sinqapurda Cənub Şərqi Asiya Ölkələrinin Assosiasiyasının kuluarında verib. Yeni təklifə görə Tehran innən belə sentrifuqların sayını artırmamaq müqabilində növbəti sanksiyalardan yaxa qurtara bilər, əks halda Tehrana qarşı yeni sanksiyalar irəli sürülə bilər. Təklif İrana Cenevrədə Birləşmiş Ştatlar, Rusiya, Çin, Fransa, Britaniya və Almaniya tərəfindən verilib. Bu arada Rusiya elan edib ki, İranın Buşəhr nüvə stansiyası üçün avadanlığın Azərbaycan ərazisi ilə daşınmasını bərpa edəcək. “Atomstroyeksport”un sözçüsü Irina Yesipova deyib ki, avadanlığın daşınmasına payızda başlanacaq. Xatırladırıq ki, “Atomstroyexport” avadanlığın daşınmasını ötəmn yazda, İrana gedən yük Azərbaycan sərhədində saxlandıqdan sonra dayandırmışdı. Xanım Yesipova deyib ki, həmin insidentdən sonra məsələ iki ölkənin - Azərbaycan və Rusiyanın xarici işlər nazirlikləri arasında həll edilib. versiya

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar