SON XƏBƏRLƏR

Urmiyə Universitet tələbəsi İlahə Radmehrə təzyiqlər artıb

2021.10.20, 07:36
Urmiyə Universitet tələbəsi İlahə Radmehrə təzyiqlər artıb

Gunaz.tv
Urmiyə Universitet tələbəsi İlahə Radmehrə təzyiqlər artıb DAK informasiya mərkəzinə Güney Azərbaycan öyrənci Qadınlar Birliyindən daxil olan məlumata əsasən Urmiyə Universitetinin şəhərsalma kafedrasının axırıncı kurs tələbəsi İlahə Radmehr Universitetin təhlükəsizlik komitəsinin təzyqilərinə məruz qalmaqdadır. Xatırladaq ki, Təbriz Universitet tələbələrinin Təhlükəsizlik komitəsi tərəfindən təhsildən məhrum edilmə qərarına etiraz edən Güney Azərbaycanın bütün universitet tələbələrinin içərisində Urmiyə Universitetinin 97 tələbəsi aktiv surətdə tələbələrə qarşı təzyiqlərin dayandırlmasını tələb edənlərin içərisində İlahə Radmehr Universitetin Təhlükəsizlik komitəsinin təhdidlərilə yanaşı ağır təzyiqlərə məruz qaldığı bildirilir. Soydaşımız universitetdən qovulacağı hədəsilə üzləşmədədir. Son günlərdə Güney Azərbaycanın əksər universitetlərində milli fəaliyyətlərinə görə universitet tələbələrini təhdid və təzyiqlərlə hədələyirlər. Əksər tələbələrə xəbərdarlıqlar bəzi tələbələri də təhsildən və yataqxanadan məhrum edirlər. Bu təzyqilərə etiraz edən tələbələrdə təhlükəsizlik komitəsinin qara siyahısına düşür. presspost

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar