SON XƏBƏRLƏR

Metyu Brayza gürcü və abxazları barışdıracaq

2021.10.20, 07:36
Metyu Brayza gürcü və abxazları barışdıracaq

Gunaz.tv
Metyu Brayza gürcü və abxazları barışdıracaq metyu-brayza-abxaz-gruz.jpg ABŞ dövlət katibinin müavininin köməkçisi Metyu Brayza iki günlük işçi səfərlə Tiflisə gəlib. Lent.az-ın “İTAR-TASS” agentliyinə istinadən verdiyi məlumata görə, Brayza hava limanında jurnalistlərlə söhbətində gürcü-abxaz münaqişəsinin həllinə kömək göstərməyə çalışacağını vurğulayıb. Amerikalı diplomat Brüsseldə avropalı həmkarları və müttəfiqləri ilə gürcü-abxaz münaqişəsinin həlli yollarını müzakirə etdiyini qeyd edib: “Mənim səfərimin məqsədi Tiflis və Suxumidəki dostlarımla görüşərək fikir mübadiləsi aparmaqdır. Almaniyanın Gürcüstandakı səfiri Patrisiya Florla Suxumiyə səfər edərək Sergey Baqapş və Sergey Şamba ilə görüşəcəyəm”. Brayza görüş zamanı abxaz tərəfini danışıqları bərpa etməyə razı sala biləcəyinə ümid etdiyini vurğulayıb. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar