SON XƏBƏRLƏR

İran hökuməti populyar «Həmşəhri» qəzetinin axşam buraxılışına qadağa qoyub

2021.10.20, 07:36
İran hökuməti populyar «Həmşəhri» qəzetinin axşam buraxılışına qadağa qoyub

Gunaz.tv
İran hökuməti populyar «Həmşəhri» qəzetinin axşam buraxılışına qadağa qoyub İran hökuməti populyar «Həmşəhri» qəzetinin axşam buraxılışına qadağa qoyub. Bildirilib ki, bu qəzetin məqsədi ölkə iqtisadiyyatına ziyan vurmaqdır. Məlumatı rəsmi İRNA agentliyi yayıb. Qəzet prezident Mahmud Əhmədinejatın iqtisadi siyasətini tənqid edib yazırdı ki, bu siyasət inflyasiyaya yol açır. azadliqradiosu ---------------------------------------------------------------------- PREZİDENT SEÇKİSİNDƏ TƏŞVİQAT APARMAQ QAYDALARI TƏSDİQLƏNDİ Mərkəzi Seçki Komissiyası prezident seçkisi zamanı KİV-də seçkiqabağı təşviqat aparılması qaydalarını təsdiqləyib. Bu gün rəsmi dövlət qəzeti «Azərbaycan»da dərc olunan təlimata görə, seçkiqabağı təşviqat səsvermə gününə 28 gün qalmış başlayır və səsvermə gününə 24 saat qalmış dayandırılır. Səsvermə günü və ondan əvvəlki gün saat 8.00-dan başlayaraq hər hansı seçkiqabağı təşviqat qadağandır. Təlimatda seçkiqabağı təşviqat prosesində iştirakı nəzərdə tutulan teleradio verilişləri təşkilatları göstərilir. Bunlar ölkə ərazisinin yarısına, yarısından çoxuna, yaxud azına yayımlanan ictimai telaradio verilişləri təşkilatları və təsisçiləri fiziki, hüquqi şəxslər olan, xüsusi mülkiyyətə əsaslanan teleradio təşkilatlarıdır. Nəşrlərə gəlincə, təşviqat prosesində həm dövlət dövri mətbu nəşrlər, həm özəl dövri nəşrlər iştirak edə bilər. İctimai teleradio verilişləri təşkilatlarının seçkiqabağı təşviqat üçün ayırdıqları ödənişsiz efir vaxtının ümumi həcmi həftədə 3 saatdan az olmamalıdır. Dövlət nəşrlərində pulsuz ayrılan nəşr səhifələrinin həcmi həftəlik nəşr səhifələrinin ümumi həcminin ən azı 10 faizini təşkil etməlidir. Təlimat xarici dövlətlər və xarici hüqüqi şəxslər, dövlətə məxsus teleradio təşkilatları, xarici vətəndaşlar, vətəndaşlığı olmayan şəxslər, 18 yaşına çatmamış vətəndaşlar, beynəlxalq təşkilatlar və ictimai hərəkatlar, dövlət hakimiyyəti orqanları və bələdiyyə qurumları, dini birliklər, dövlət və bələdiyyə qulluqçuları, hərbi qulluqçuların təşviqat aparmasını yasaqlayır. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar