SON XƏBƏRLƏR

ABŞ Konqresində Azərbaycanla bağlı dinləmə keçiriləcək

2021.10.20, 07:36
ABŞ Konqresində Azərbaycanla bağlı dinləmə keçiriləcək

Gunaz.tv
ABŞ Konqresində Azərbaycanla bağlı dinləmə keçiriləcək abs-konqres.jpg ABŞ Konqresinin Helsinki Komissiyasında Azərbaycanla bağlı dinləmə keçiriləcək. APA-nın ABŞ bürosunun məlumatına görə, Helsinki Komissiyasının sədri Alsi Hastinqs və həmsədri, senator Benjamin Kardinin sədrliyi ilə keçiriləcək dinləmələr iyulun 29-na təyin olunub. Dinləmələr “Azərbaycanda demokratikləşmə və insan haqları” mövzusunda olacaq. A. Hastinqsin ofisinin yaydığı məlumatda bildirilir ki, Azərbaycan modern müsəlman dövləti və ABŞ-ın müttəfiqidir. Məlumatda o da bildirilir ki, bu ilin oktyabr ayına təyin olunan prezident seçkiləri Azərbaycana ATƏT-in standartlarına cavab verən seçkilər keçirmək üçün gözəl imkan yaradacaq. Dinləmələrdə ABŞ dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisi Devid Kramer, Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev, “Freedom House” təşkilatının nümayindəsi Kris Uolker çıxış edəcəklər. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar