SON XƏBƏRLƏR

Milli Qurtuluş Partiyası (MQP)Qurultay Səlahiyyətli Konfransında Konfransa Hazırlıq Üzrə Təşkilat Komitəsinin Güney Azərbaycan Türklərinin insanvə milli haqlarının müdafiəsi ilə bağlı bəyanatı qəbul olundu.

2021.10.20, 07:36
Milli Qurtuluş Partiyası (MQP)Qurultay Səlahiyyətli Konfransında Konfransa Hazırlıq Üzrə Təşkilat Komitəsinin Güney Azərbaycan Türklərinin insanvə milli haqlarının müdafiəsi ilə bağlı bəyanatı qəbul olundu.

Gunaz.tv
Milli Qurtuluş Partiyası (MQP)Qurultay Səlahiyyətli Konfransında Konfransa Hazırlıq Üzrə Təşkilat Komitəsinin Güney Azərbaycan Türklərinin insanvə milli haqlarının müdafiəsi ilə bağlı bəyanatı qəbul olundu. Bəyanatda deyilir: Ədalətsiz Gülüstan və Türkmənçay müqavilələri ilə ikiyə bölünən Azərbaycan əraziləri 200 ilə yaxındır ki, rus və fars imperiyalarının təzyiqi ilə qarşılaşır. Tarixi ərazilərimizin çox kiçik bir hissəsində müstəqil dövlətçiliyi bərpa etməyimizə baxmayaraq millətimizin böyük bir hissəsi hələ də əsarət altındadır. Bu gün İran İslam Respublikasının fars molla rejimi Güney Azərbaycan türklərinə öz doğma dillərində təhsil almağı, öz milli adət ənənələrini yaşatmağı və öz milli kimliyi ilə fəxr etməyi qadağan edib. Hər gün öz milli və insani haqqları uğrunda mübarizəyə qalxmış onlarla soydaşımız represiyaya məruz qoyulur, hakim rejim Azərbaycan türklərinə qarşı silah işlətməkdən, kütləvi həbslər keçirməkdən, türk qanı axıtmaqdan həzz alır. Bütün yuxarıda qeyd olunan antibəşər xüsusiyyətləri nəzərə alan MQP Qurultay Səlahiyyətli Konfransı bütün dünya dövlətlərini qudurmuş fars-molla rejimini durdurmağa, hüquqları tapdanan və haqları əlindən alınan Güney Azərbaycan türklərinə dəstək olmağa çağırır. MQP Qurultay Səlahiyyətli Konfransı bəyan edir ki, partiyanın fəaliyyətinin əsas prioriteti kimi harada yaşamasından asılı olmayaraq Azərbaycan türklərinin haqlarını qorumaq, bu xüsusiyyətləri məhdudlaşdırmaq istəyən güclərlə mübarizə aparmaq olacaqdır. Biz tarixi ədalətsizliyin aradan qaldırılması, bütöv, güclü, böyük, qüdrətli Azərbaycan dövlətinin bərqərar olması üçün son damla qanımıza kimi mübarizə aparacağımızı uca millətimiz qarşısında bəyan edirik. presspost

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar