SON XƏBƏRLƏR

TƏBRİZİN SƏHƏND UNİVERSİTETİNİN İKİ TƏLƏBƏSİ TUTULUB

2021.10.20, 07:36
TƏBRİZİN SƏHƏND UNİVERSİTETİNİN İKİ TƏLƏBƏSİ TUTULUB

Gunaz.tv
TƏBRİZİN SƏHƏND UNİVERSİTETİNİN İKİ TƏLƏBƏSİ TUTULUB ETTELAAT-ın Təbrizdəki idarəsinin əməkdaşları Səhənd Universitetinin iki fəal tələbəsini - Peyman Qulami və Əli Abdullazadəni yaşadıqları mənzillərdən tutub aparıblar. «Media forum» saytı güney mənbələrinə istinadla bildirir ki, hadisə iyulun 21-də baş verib. Tələbələr ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda, ölkə rəhbərlərini «monqol» adlandıraraq təhqir etməkdə, din əleyhinə təbliğat aparmaqda, universitet mühitini siyasiləşdirməyə cəhd göstərməkdə günahlandırılırlar. P.Qulami Səhənd Universitetində elektrik mühəndisliyi, Ə.Abdullazadə isə tibb mühəndisliyi ixtisası üzrə təhsil alır. Onların hazırda harda saxlandığı bilinmir. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar