SON XƏBƏRLƏR

«Əl Qaidə» terror təşkilatı ilə əməkdaşlıqda təqsirləndirilən dəstəyə 153 il cəza istənildi

2021.10.20, 07:36
«Əl Qaidə» terror təşkilatı ilə əməkdaşlıqda təqsirləndirilən dəstəyə 153 il cəza istənildi

Gunaz.tv
«Əl Qaidə» terror təşkilatı ilə əməkdaşlıqda təqsirləndirilən dəstəyə 153 il cəza istənildi Dəstə başçısı Əbu Cəfərin payına 15 il düşür agir_cinayetler_mehkeme.jpg Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Əflatun Qasımovun sədrliyi ilə «Əl Qaidə» terror təşkilatı ilə əməkdaşlıqda ittiham edilən dəstənin qapalı məhkəmə istintaqı başa çatıb. ANS PRESS-in məlumatına görə, prosesdə çıxış edən dövlət itihamçısı “Əbu Cəfər”ə 15, Elçin Əlimirzəyevin 13, Vidadi Kərimova 10, digər təqsirləndirilənlərin 9 ildən 4 ilədək azadlıqdan məhrumetmə cəzasının verilməsini istəyib. Dövlət ittihamçısı ümumilikdə dəstə üzvlərinə 153 il cəza istəyib. Proses iyulun 25-də vəkillərin çıxışı ilədavam etdiriləcək. Qeyd edək ki, cinayət işi üzrə üç nəfər zəzəçəkmiş var. Dəstə üzvlərinə qarşı Azərbaycan Cinayət Məcəlləsinin 279.2-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı qrup), 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiqetmə), 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun dəstləşdirici hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldəetmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb. Dəstə üzvləri 2007-ci ilin oktyabr-noyabr aylarında MTN tərəfindən keçirilən əməliyyat nəticəsində həbs olunsalar da, Əbu Cəfər dəfələrlə qaçamağa müvəffəq olub. Ötən il noyabrın 2-3-də MTN-in “Qartal” Xüsusi Təyinatlı Dəstəsi tərəfindən aparılan əməliyyat nəticəsində o, qrupun bir neçə üzvü ilə birlikdə həbs olunub. Həmin qrupun zərərsizləşdirilməsi üzrə hüquq-mühafizə orqanları tərəfindən keçirilən birgə tədbirlər zamanı ötən il sentyabrın 26-da Qusar rayon sakini, 1975-ci il təvəllüdlü Telman Abdullayev odlu silahdan atəş açaraq iki polis əməkdaşını yaralayıb hadisə yerindən qaçıb. Anar Məmmədov /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar