SON XƏBƏRLƏR

İranın xarici işlər naziri Manuçöhr Mottaki:İran, regionda güclü və stabil dövlət kimi, Türkiyə və Ermənistanın barışmasına yardım edə bilər

2021.10.20, 07:36
İranın xarici işlər naziri Manuçöhr Mottaki:İran, regionda güclü və stabil dövlət kimi, Türkiyə və Ermənistanın barışmasına yardım edə bilər

Gunaz.tv
İran, regionda güclü və stabil dövlət kimi, Türkiyə və Ermənistanın barışmasına yardım edə bilər İranın xarici işlər naziri Manuçöhr Mottaki manuchor_mottaki1.jpg Ermənistanla İran xarici işlər nazirlərinin telefonla söhbəti zamanı Manuçöhr Mottaki Edvard Nalbandyanı iyulun sonunda Tehranda baş tutacaq Bitərəf Ölkələrin Konfransında iştirak etməyə dəvət edib. Həmçinin bu ilin sentyabrında E. Nalbandyanın İrana dəvət olunduğunu də təsdiqləyib. Bu barədə "Panarmenian" agentliyinə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan məlumat verib. İRNA agentliyinin məlumatına görə isə telefon söhbəti zamanı Mottaki həmçinin son zamanlar Türkiyə-Ermənistan münasibətlərində baş verən müsbət irəliləyişləri də alqışlayıb. Onun sözlərinə görə, İran, regionda güclü və stabil dövlət kimi iki ölkənin – Türkiyə və Ermənistanın barışmasına yardım edə bilər. M. Mottaki həmçinin Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasını regionda sülh və əmin-amanlığın bərpasına kömək edəcəyinə ümid etdiyini bildirib./ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar