SON XƏBƏRLƏR

Metyu Brayza: "ABŞ ümid edir ki, Abdulal Gül qızıl imkandan istifadə edib Ermənistana dəvəti qəbul edəcək”

2021.10.20, 07:36
Metyu Brayza: "ABŞ ümid edir ki, Abdulal Gül qızıl imkandan istifadə edib Ermənistana dəvəti qəbul edəcək”

Gunaz.tv
Metyu Brayza: "ABŞ ümid edir ki, Abdulal Gül qızıl imkandan istifadə edib Ermənistana dəvəti qəbul edəcək” metyu_brayza.jpg ABŞ dövlət katibi müavininin köməkçisi, Serj Sarkisyanın Türkiyə prezidentini İrəvana dəvət etməklə cəsarətli addım atdığını deyir "Ermənistan prezidenti Serj Sarkisyan Türkiyə prezidenti Abdulla Gülü İrəvana dəvət etməklə cəsarətli addım atıb". Bunu ABŞ dövlət katibinin müavininin köməkçisi Metyu Brayza “Azadlıq” radiostansiyasına bildirib. “Əlbəttə, mən prezident Gülün və Türkiyə hökuməti adından danışa bilmərəm, amma ABŞ ümid edir ki, Abdulla Gül bu qızıl imkandan istifadə edəcək”. Qeyd edək ki, Ermənistan prezidenti Serj Sarkisyan Abdulla Gülü Avropa Çempionatı-2010 çərçivəsində futbol üzrə Ermənistanla Türkiyə yığmalarının sentyabrın 6-da keçiriləcək oyununa tamaşa etməyə çağırıb. Türkiyənin xarici işlər naziri Əli Babacan isə bildirib ki, prezidentin İrəvana səfəri iki ölkə ararsındakı münasibətlərin inkişafından asılı olacaq. “Ermənistanla əlaqələrin normallaşması Türkiyənin xarici siyasətinin əsas məqsədlərindən biridir”, deyə o, qeyd edib. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar