SON XƏBƏRLƏR

İraqda hərbi xidmət keçən 88 Azərbaycan sülhməramlısı bu gecə vətənə qayıdıb

2021.10.20, 07:36
İraqda hərbi xidmət keçən 88 Azərbaycan sülhməramlısı bu gecə vətənə qayıdıb

Gunaz.tv
İraqda hərbi xidmət keçən 88 Azərbaycan sülhməramlısı bu gecə vətənə qayıdıb sulhmeraml-lar-24-01-08.jpg Sülhməramlıları rotasiya əsasında hərbi qulluğa çağırılan həmkarları əvəz edəcək İraqda hərbi xidmət müddəti başa çatmış 88 Azərbaycan sülhməramlısı bu gecə vətənə qayıdıb. İraqdan vətənə qayıdan Azərbaycan sülhməramlı əsgərləri adıçəkilən ölkədə daha çox strateji obyektlərin təhlükəsizliyini təmin etməklə xidmət aparıb. Sülhməramlı bölüyün komandiri Sadiq Yəhyazadənin ANS TV-yə verdiyi məlumata görə, əsgərlər onun komandanlığı altında 6 ay müddətində İraqın Əlhədidə şəhərində xidmət aparıblar: «Bizim xidmətimiz İraq dövlətində Əlhədidə şəhərində su elektrik stansiyasının mühafizəsi, hərbi bazaların mühafizəsi, ABŞ hərbiçilərin şəxsi heyətinin təhlükəsizliyinin təminidir. Biz ABŞ hərbiçiləri ilə birgə xidmət aparırdıq və bir-birmizlə təcrübəmizi bölüşürdük. Yeni-yeni nüanslar öyrənirdik və ondan xidmətdə də istifadə edirdik». Sülhməramlı bölüyün tağım komandiri Zaur Ələkbərov isə bildirib ki, sülhməramlıların xidməti çox şərəfli olub: «Bir çox əsgərlərimiz fəxri fərmanlar və medallarla təltif olunublar. Hazırda şəxsi heyətin 30 nəfəri fərman və medallarla təltif olunub». Müdafiə Nazirliyindən verilən məlumata görə, İraqdan geri dönmüş silahlı qüvvələrimizi adıçəkilən ölkədə onların yeni həmkaraları əvəz edib. Belə ki, eyni sayda hərbi qulluqçu iyulun əvvəllərində İraqa yola düşüb. Xatırladaq ki, Azərbaycan NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramına 1994-cü ildə qoşulub. 1997- ci ildə Azərbaycan Silahlı Qüvvələrinin tərkibində sülhməramlı tabor yaradılıb. 1999-cu ildə ilk dəfə sülhməramlılarımız Kosovaya yola düşüb. Sülhməramlılarımız 2002-ci ildən Əfqanıstanda, 2003-cü ildən isə İraqda koalisiya qüvvələri tərkibində xidmət edir. /ANS TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar