SON XƏBƏRLƏR

BU GÜN(22 IYUL) MƏHKƏMƏ AKP ÜÇÜN QƏRAR GÜNÜNÜ MÜƏYYƏN EDƏCƏK_Türkiyədə hakim partiyanın bağlanması iddiası üzrə prosesin uzağı iki həftəyə yekunlaşacağı gözlənilir

2021.10.20, 07:36
BU GÜN(22 IYUL) MƏHKƏMƏ AKP ÜÇÜN QƏRAR GÜNÜNÜ MÜƏYYƏN EDƏCƏK_Türkiyədə hakim partiyanın bağlanması iddiası üzrə prosesin uzağı iki həftəyə yekunlaşacağı gözlənilir

Gunaz.tv
BU GÜN MƏHKƏMƏ AKP ÜÇÜN QƏRAR GÜNÜNÜ MÜƏYYƏN EDƏCƏK Türkiyədə hakim partiyanın bağlanması iddiası üzrə prosesin uzağı iki həftəyə yekunlaşacağı gözlənilir 4934.jpg Bu gün Türkiyədə Konstitusiya Məhkəməsinin heyəti toplaşaraq hakim Ədalət və İnkişaf Partiyasına qarşı qaldırılmış iddia ilə bağlı qərar gününü müəyyən edəcək. Ali Məhkəmə heyətinin günün ikinci yarısında toplaşacağı və AKP-nin bağlanması iddiası üzrə məruzəçi hakim Osman Canın hazırladığı hesabatı müzakirə edəcəyi gözlənilir. Xəbər verildiyi kimi, məruzəçi hakim baş prokuror Əbdürrəhman Yalçınqayanın AKP-yə qarşı qaldırdığı iddianın hüquqi əsaslarının olmadığı qənaətinə gəlib. Lakin onun rəyi ancaq tövsiyə xarakteri daşıyır və hakimlər üçün bağlayıcı qüvvəsi yoxdur. Məlumata görə, məhkəmə heyəti iddia ilə bağlı ümumi müzakirələr apardıqdan sonra AKP-nin bağlanması işi üzrə həlledici mərhələ üçün gün təyin edəcək. Konstitusiyaya görə, siyasi partiyanın bağlanması üçün yüksək məhkəmə heyətinin 11 üzvündən azı 7-i səs verməlidir. Yüksək məhkəmənin Türkiyə siyasi gündəmini neçə vaxtdər məşğul edən və ölkədə gərginlik yaradan bu iddia üzrə prosesi uzağı iki həftəyə yekunlaşdıracağı gözlənilir. Bəzi məlumatlara görə, Konstitusiya Məhkəməsi avqustun 5-də bu iş üzrə qərar çıxaracaq. Əgər AKP bağlansa, baş nazir Rəcəb Tayyib Ərdoğan da daxil olmaqla partiyanı quranlardan 70-ə yaxın şəxsin siyasi fəaliyyətinə qadağa qoyulacaq. Həmçinin partiyanın mərkəzi qərargahı və başqa daşınmaz əmlakı dövlətin hesabına keçiriləcək. Qanunlara görə, Konstitusiya Məhkəməsi AKP-ni bağlamaya da bilər və iddia haqlı sayılsa, sadəcə olaraq, hakim partiyaya dövlət yardımının ayrılmasının dayandırılması haqda qərarın verilməsi də mümkündür. Mətbuatı yazır ki, ABŞ-ın Türkiyədəki keçmiş səfiri Mark Perris söhbətlərdən birində deyib ki, onun qənaətinə görə AKP-ni bağlayacaqlar: “Əgər iş mərc gəlməyə qalsa, mən AKP-nin bağlanacağı variantına üstünlük verərdim”. F.MƏMMƏDOV musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar