SON XƏBƏRLƏR

Ermənistan uydurma “soyqırım”dan vaz keçir

2021.10.20, 07:36
Ermənistan uydurma “soyqırım”dan vaz keçir

Gunaz.tv
Ermənistan uydurma “soyqırım”dan vaz keçir Tiqran Sarkisyan: «İqtisadiyyatımızı inkişaf etdirməli, vətəndaşlarımızın rifahı haqqında düşünməliyik» “Antitürk xarakterli yox, erməni yönümlü təfəkkürə üstünlük verməliyik”. APA-nın “Arminfo”ya istinadən verdiyi məlumata görə, bu sözləri gənc diaspora nümayəndələri ilə görüşündə Ermənistanın baş naziri Tiqran Sarkisyan deyib. O bildirib ki, düşmənçilik ictimai şüurda kök salmamalı və dominant düşüncəyə çevrilməməlidir: “Siz mənə deyirsiniz ki, diaspora erməni soyqırımı məsələsinin həlli üçün böyük səy göstərir. Ancaq bu cür münasibət ilk növbədə bizim xalqımız üçün ziyanlıdır. Düzgün qərarlar tapmaq üçün geniş təfəkkürə ehtiyac var. Bizim başlıca məqsədimiz kiminləsə qarşıdurma yox, xalqımızın rifah halının yüksəldilməsi olmalıdır. Bu, o demək deyil ki, hökumət soyqırımın tanınmasını istəmir. Ancaq bununla yanaşı, iqtisadiyyatımızı inkişaf etdirməli, vətəndaşlarımızın rifahı haqqında düşünməliyik”. bizimyol

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar