SON XƏBƏRLƏR

BMT Gürcüstanla bağlı qərar qəbul edə bilməyib

2021.10.20, 07:36
BMT Gürcüstanla bağlı qərar qəbul edə bilməyib

Gunaz.tv
BMT Gürcüstanla bağlı qərar qəbul edə bilməyib bmt-gruziya.jpg BMT Təhlükəsizlik Şurası Gürcüstanla bağlı məsələnin müzakirəsi zamanı heç bir qərar qəbul edə bilməyib. Lent.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Tiflisin tələbi ilə çağırılan növbədənkənar iclasda heç bir sənəd imzalanmayıb. Xatırladaq ki, Gürcüstan Rusiya hərbi təyyarələrinin iyulun 9-də ölkənin hava sərhədini pozması ilə bağlı Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını tələb edib. Qapalı keçirilən iclasda ABŞ-ın daimi nümayəndəsi Zalmay Xəlilzad Rusiya təyyarələrinin Gürcüstanın hava sərhədini pozmasından narahat olduqlarını bildirib. Digər ölkələrin nümayəndələri də ABŞ-ın mövqeyini dəstəkləsələr də, baş verən insidentlə bağlı şərh verməkdən imtina ediblər. Rusiyanın daimi nümayəndəsi Vitali Çurkin isə qeyd edib ki, iclas zamanı gürcü-abxaz və gürcü-osetin münaqişəsi zonasında vəziyyətin gərginləşdiyinə diqqət yetirərək Tiflisi güc işlətməmək barədə sənəd imzalamağa və qoşunlarını Kodor dərəsindən çıxartmağa çağırıb. Gürcü tərəfi isə Rusiyanın mövqeyi ilə razılaşmır. Tiflisin BMT-dəki daimi nümayəndəsi İrakli Alasaniya Rusiyanın nüfuzlu regional oyunçu kimi münaqişələrin həllində rol oynamalı olduğu ilə razılaşıb: “Amma Rusiya sülhməramlı qüvvələrin tərkibi də daxil olmaqla münaqişənin həllində dominantlıq etməməlidir”. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar