SON XƏBƏRLƏR

Ermənistan Müdafiə Nazirliyi kəşfiyyatçısının öldürüldüyünü təsdiqlədi

2021.10.20, 07:36
Ermənistan Müdafiə Nazirliyi kəşfiyyatçısının öldürüldüyünü təsdiqlədi

Gunaz.tv
Ermənistan Müdafiə Nazirliyi kəşfiyyatçısının öldürüldüyünü təsdiqlədi ermenistan-mudafie-n..jpg Ermənistan Müdafiə Nazirliyi Qor Manasaryan adlı hərbçisinin öldürüldüyünü və cəsədinin Azərbaycan ərazisində qaldığını təsdiqləyib. APA-nın “Arminfo”ya istinadən verdiyi məlumata görə, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Seyran Şahsuvaryan sərhədyanı hərbi hissələrin birində xidmət edən Q.Manasaryanın yolu azdığını və Azərbaycan hərbçiləri tərəfindən güllələndiyini bildirib. Erməni tərəfi yaxın günlərdə cəsədin qaytarılması üçün danışıqlara başlamaq fikrindədir. Xatırladaq ki, iyulun 19-na keçən gecə saat 00.30-da Ermənistan Silahlı Qüvvələrinin bir qrup kəşfiyyatçısı Tovuz rayonunun Ağdam kəndi istiqamətində Azərbaycan sərhədlərini keçməyə cəhd edib. Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu bildirib ki, Azərbaycan hərbçiləri erməni kəşfiyyatçılarının bu cəhdinin qarşısını alıblar. Düşmənin bir kəşfiyyatçısı öldürülüb, qalanları isə qaçıblar. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar