SON XƏBƏRLƏR

AMERİKANIN STRATEJİ BOMBARDMANÇISI QƏZAYA UĞRADI_Sakit okeana düşən b-52 təyyarəsinin nüvə silahı daşıdığı istisna deyil

2021.10.20, 07:36
AMERİKANIN STRATEJİ BOMBARDMANÇISI QƏZAYA UĞRADI_Sakit okeana düşən b-52 təyyarəsinin nüvə silahı daşıdığı istisna deyil

Gunaz.tv
AMERİKANIN STRATEJİ BOMBARDMANÇISI QƏZAYA UĞRADI Sakit okeana düşən b-52 təyyarəsinin nüvə silahı daşıdığı istisna deyil 4760.jpg Amerika hərbi hava qüvvələrinin B-52 strateji bombardmançı təyyarəsi Quam adaları sahillərində Sakit okean sularına düşüb. Hərbi-hava qüvvələrinin qərargahından verilən məlumata görə, təyyarənin göyərtəsində 6 heyət üzvü olub. Onlardan 2-si xilas edilib. Qalanların taleyi məlum deyil. Qəzanın səbəbləri haqda açıqlama verilmir. B-52 təyyarələri nüvə silahı daşımaq qabiliyyətinə malikdir və bu baxımdan qəza zamanı təyyarədə nüvə silahının olması istisna edilmir. Lakin bildirilir ki, Amerika hərbi komandanlığı heç vaxt təyyarədə nüvə silahının olub-olmadığı haqda məlumat vermir. Olduqca məxfi sirr sayılan bu cür məlumatı yaymağa Amerika mətbuatının da ixtiyarı yoxdur. O da qeyd edilir ki, qəzaya uğrayan təyyarə ABŞ-ın Quam adalarındakı Anderson hava bazasından qalxıb. Bu baza bütün Cənubi Asiya regionuna nəzarət edir. Cari ilin fevralında həmin aviabazaya aid B-2 strateji bombardmançısı enərkən qəzaya uğramışdı. Nəticədə Amerika ordusuna 1.4 milyard dollar ziyan dəymişdi. B-52 təyyarələri 1956-cı ildən istifadə edilir və ABŞ-ın Əfqanıstanla İraqda apardığı hərbi kampaniyalarda fəal rol oynayır. Siyasət şöbəsi musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar