SON XƏBƏRLƏR

Hacı Allahşükür Paşazadə BMT baş katibini və Roma Papasını Azərbaycana səfərə dəvət edəcək

2021.10.20, 07:36
Hacı Allahşükür Paşazadə BMT baş katibini və Roma Papasını Azərbaycana səfərə dəvət edəcək

Gunaz.tv
Hacı Allahşükür Paşazadə BMT baş katibini və Roma Papasını Azərbaycana səfərə dəvət edəcək allashukur.jpg Bakı. Elbrus Seyfullayev-APA. Gələn il Bakıda dinlərarası dialoq mövzusuna həsr olunmuş geniş tərkibli beynəlxalq konfrans keçiriləcək. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlama verən Qafqaz Müsəlmanları İdarəsinin rəisi, Şeyxülislam Hacı Allahşükür Paşazadə dünyanın bütün nüfuzlu dini xadimlərinin, dini konfessiya rəhbərlərinin konfransa dəvət ediləcəyini bildirib. QMİ sədri həmçinin konfransa qatılmaq üçün BMT-nin baş katibi Pan Gi Mun və Roma Papasına da dəvət göndəriləcəyini bildirib: “Dinlərarası və sivilizasiyalararası dialoq ildən ilə genişlənməkdədir. Hər il dünyanın müxtəlif bölgələrində bu məsələyə həsr olunmuş müxtəlif tədbirlər keçirilir. Bizim də bu konfransı keçirməkdə məqsədimiz dinlərarası dialoq prosesinə öz töhfəmizi verməkdir”. apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar