SON XƏBƏRLƏR

VAŞİNQTONLA MOSKVA ARASINDA YENİ KARİB BÖHRANI YAŞANA BİLƏR_Rusiya Kubada strateji bombardmançı təyyarələr yerləşdirməyə hazırlaşır

2021.10.20, 07:36
VAŞİNQTONLA MOSKVA ARASINDA YENİ KARİB BÖHRANI YAŞANA BİLƏR_Rusiya Kubada strateji bombardmançı təyyarələr yerləşdirməyə hazırlaşır

Gunaz.tv
VAŞİNQTONLA MOSKVA ARASINDA YENİ KARİB BÖHRANI YAŞANA BİLƏR Rusiya Kubada strateji bombardmançı təyyarələr yerləşdirməyə hazırlaşır 2359.jpg ABŞ-ın raketdən müdafiə sistemlərini Polşa və Çexiyada yerləşdirməsinə cavab olaraq Rusiya strateji bombardmançı təyyarələrini Kubaya qaytara bilər. Bu barədə “İzvestiya” qəzeti adı açıqlanmayan yüksək rütbəli hərbi mənbəyə istinadən məlumat yayıb. Bildirilir ki, Rusiyanın nüvə silahı daşıya bilən Tu-160 və Tu-95 MC təyyarələri texniki baxımdan Kubaya qədər uçmaq imkanına malikdir. Bununla belə, məsələ hələ hərbçilər səviyyəsində müzakirə olunur və strateji bombardmançıların Kubada yerləşdirilməsinə dair siyasi qərar verilməyib. Rusiyanın strateji hərbi hava qüvvələrinin qərargahından bildiriblər ki, Kubada təyyarələrin yerləşdirilməsi haqda hələlik ilkin müzakirələr gedir. Qəzetə açıqlama verən hərbi ekspert isə deyib ki, ABŞ-ın Kuba sahillərindəki Quantanamo bazasında “görən gözləri və eşidən qulaqları” var, ona görə də əgər Rusiya təyyarələri Kubada yerləşsəydi, çoxdan qalmaqal yaranmışdı. Qeyd edək ki, ötən əsrin 60-cı illərində “Soyuq müharibə”nin gərgin vaxtında SSRİ-nin Kubada nüvə raketləri yerləşdirməsi “Karib böhranı” adı alan böyük gərginliyə və hətta nüvə qarşıdurması təhlükəsinə səbəb olmuşdu. Rusiya ABŞ-ın Avropada raketdən müdafiə sistemləri yerləşdirmək planlarına qarşı çıxır və bunu öz təhlükəsizliyi üçün təhdid sayır. İndiyədək Rusiya ABŞ-ın bu planlarına hərbi baxımdan bir neçə cavab variantını işə sala biləcəyini deyib. Bura Belarus ərazisində nüvə raketlərinin yerləşdirilməsi və Rusiya raketlərinin Çexiya və Polşaya tuşlanması da daxildir. Siyasət şöbəsi musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar