SON XƏBƏRLƏR

Sarkisyan gizli erməni-türk danışıqlarını təsdiqlədi

2021.10.20, 07:36
Sarkisyan gizli erməni-türk danışıqlarını təsdiqlədi

Gunaz.tv
Sarkisyan gizli erməni-türk danışıqlarını təsdiqlədi sarkis-ermen-turk.jpg Ermənistan prezidenti Serj Sarkisyan erməni və türk diplomatları arasında İsveçrədə danışıqlar getdiyini təsdiq edib. Lent.az-ın “Panorama.am” saytına istinadən verdiyi məlumata görə, Sarkisyan danışıqların İsveçrədə keçirildiyini bildirib. Ermənistan prezidenti iki ölkənin diplomatları arasında həmişə əlaqələr olduğunu vurğulayıb: “İsveçrədə diplomatlar arasında danışıqlar getdiyini sensasiya çevirməyin tərəfdarı deyiləm”. Qeyd edək ki, Türkiyə və Ermənistan nümayəndə heyətləri arasında gizli danışıqlar aparılması barədə xəbəri Türkiyənin “Hürriyet” qəzeti yayıb. Qəzetin nüfuzlu yazarlarından Metehan Dəmirin qələmə aldığı məqalədə bildirilir ki, iyulun 8-dən başlayaraq İsveçrənin Bern şəhərində Türkiyə və Ermənistan nümayəndə heyətləri arasında gizli danışıqlar başlayıb. Bir neçə gün davam edən danışıqlarda Türkiyə nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin yüksək rütbəli əməkdaşı başçılıq edib. Qəzet Ermənistanın yeni prezidenti Serj Sarkisyanın Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün son vaxtlar verdiyi açıqlamaları xüsusi diqqətə çatdırıb. O, ABŞ-ın “The Wall Street Journal” qəzetinə müsahibəsində sərhədlərin bağlı olmasına baxmayaraq, mədəni, humanitar və idman sahələrində iki xalqı birləşdirən ümumi maraqların olduğunu bildirib. S.Sarkisyan hesab edir ki, qarşılıqlı etimada əsaslanan siyasi münasibətlərin qurulması hər iki tərəfi narahat edən kompleks məsələlərin müzakirəsinə imkan yaradacaq: “Yalnız bu halda biz effektli dialoq qura və hətta ən mübahisəli tarixi mövzuları da müzakirə edə bilərik”. Ermənistan prezidenti bu sözləri söyləməklə saxta və uydurma “soyqırımı” məsələsi ilə bağlı birgə komissiya yaradılmasına dair Türkiyənin təklifinin qəbul edilə biləcəyinə işarə vurub. S.Sarkisyanın fikrincə, türk həmkarı Abdulla Gül onun dəvəti əsasında Türkiyə və Ermənistan milli futbol komandalarının İrəvanda keçiriləcək qarşılaşmasını izləməyə gəlsə, bu, iki ölkə münasibətlərinin simvolik startı olacaq. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar