SON XƏBƏRLƏR

GÜRCÜ DİREKTOR AZƏRBAYCANLI ŞAGİRDLƏRİ XRİSTİANLAŞDIRMAĞA ÇALIŞIR

2021.10.20, 07:36
GÜRCÜ DİREKTOR AZƏRBAYCANLI ŞAGİRDLƏRİ XRİSTİANLAŞDIRMAĞA ÇALIŞIR

Gunaz.tv
GÜRCÜ DİREKTOR AZƏRBAYCANLI ŞAGİRDLƏRİ XRİSTİANLAŞDIRMAĞA ÇALIŞIR mekteb_parta.jpg Gürcüstanda Azərbaycan dilli məktəblərə təyin olunan gürcü direktorların apardığı islahatlar soydaşlarımızın böyük narazılığına səbəb olub. Valideynlərin sözlərinə görə, məktəblərdə onların övladlarını nəinki təhqir edirlər hətta xristian dinini qəbul etdirməyə də çalışırlar. Bolnisi rayonunun Naxiduri kəndinin orta məktəbinə təyin olunan yeni direktor təhsil müəssisəsində ilk olaraq kadr islahat aparıb. Gürcüstanda soydaşlarımızın kompakt yaşadığı kənd və rayon məktəblərində Azərbaycan dili və ədəbiyyat ixtisasları üzrə müəllimlərin çatışmazlığına baxmayaraq təzə təyin olunan direktor bu ixtisas üzrə dərs deyən müəllimləri işdən uzaqlaşdırıb. Məktəb müəllimlərinin sözlərinə görə, yeni direktorun şəxsi maraqları var. O, məktəbi xristianlaşdırmaq istəyir. Bunun üçün hətta məktəbə keşiş də dəvət edib. Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Əli Babayevə görə xalqımızın Səməd Vurğun, Nizami Gəncəvi, Seyid Əzim Şirvani kimi görkəmli simalarının portretlərini sinif otaqlarından götürmək yalnız şovinistlərə xas olan xüsusiyyətdir. Bu gürcüləşmiş ermənilərin təxribatından başqa bir şey deyil. Kənd məktəbinə direktor təyin olunan Liya Qabidzaşvili isə ünvanına söylənən bütün ittihamları təkzib edir. Hətta bildirir ki, kənd əhalisi onun işindən çox razıdır. Kənd sakinləri ilə söhbətmizdə məlum oldu ki, məktəb drektoru onlar üçün o qədərdə arzuolunan şəxs deiyl. Məsələ ilə bağlı məktəbin müəllimləri həm prezident aparatına, həm də ombudsmana müraciət ediblər. Artıq xüsusi komissiya yaradılıb və bu ayın 21-də kənddə monitorinq keçiriləcək. versiya

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar