SON XƏBƏRLƏR

ABŞ Azərbaycan hakimiyyətini həbsdə olan jurnalistləri azad etməyə çağırır - səfir

2021.10.20, 07:36
ABŞ Azərbaycan hakimiyyətini həbsdə olan jurnalistləri azad etməyə çağırır - səfir

Gunaz.tv
ABŞ Azərbaycan hakimiyyətini həbsdə olan jurnalistləri azad etməyə çağırır - səfir _anne_darse_060308.jpg Azərbaycan, Bakı, 22 iyul/Trend News, müxbir E.Əliyev/ ABŞ Azərbaycan hakimiyyətini həbsdə olan KİV nümayəndələrinin problemini həll etməyə çağırır. “Biz hesab edirik ki, heç bir jurnalist öz işinə görə həbs olunmamalıdır”, - çərşənbə axşamı jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi bildirib. Hazırda Azərbaycanda üç jurnalist - “Azadlıq”qəzetinin baş redaktoru Qənimət Zahid, “Gündəlik Azərbaycan”və “Realnıy Azerbaycan” qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayev və “Azadlıq” qəzetinin əməkdaşı Mirzə Sakit müxtəlif müddətə həbs olunublar. Dersi ölkə hakimiyyətini onların azad edilməsi ilə bağlı tədbirlər görməyə çağırıb. Onun sözlərinə görə, belə addım Azərbaycanda demokratiyanın inkişafı üçün yaxşı təkan ola bilər. trend

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar