SON XƏBƏRLƏR

Fridrix Nitsşenin Azərbaycan dilində kitabı nəşr olundu

2021.10.20, 07:36
Fridrix Nitsşenin Azərbaycan dilində kitabı nəşr olundu

Gunaz.tv
Fridrix Nitsşenin Azərbaycan dilində kitabı nəşr olundu article_1216713618.gif “Fikir Antologiyası" seriyasından növbəti kitab QayNar: “Zəkioğlu” nəşriyyatı "Fikir antologiyası" seriyasından Fridrix Nitsşenin “Hakimiyyət əzmi: bütün dəyərlərin yenidən qiymətləndirilməsi təcrübəsi” kitabını buraxıb. Nəşrə dahi alimin “Yolçu və kölgəsi” əsəri də daxil edilib. Nəzəri-fəlsəfi əsər olan “Hakimiyyət əzmi”ndə filosof qəribə olduğu qədər fərqli, insan təfəkkürünün üfüqlərini genişləndirən fikirləri çox qabardır. Burada nihilizm, dekadansın mahiyyəti, əxlaq, ağıl, şüur, iradə, hökmranlıq, güc, habelə ideal, reallıq, zəiflik və s. kimi məsələlər, kateqoriyalar geniş fəlsəfi şərhini tapmışdır. Üç kitabdan ibarət əsərdə Avropa nihilizmi araşdırılır, əxlaqi qiymətlərin yaranmasından, əxlaqi idealdan, filosofların həqiqəti və yalanından, təbiətdə hakimiyyət əzmindən söz açır, fəzilətin üstünlüyünü necə təmin etməli sualına cavab verir, idrakın və məntiqin mənşəyinə nüfuz edir, şüur haqqında fikirlərini bölüşür. “Tam olmasa da, imkan dərəcəsində bütün zəruri tələbatlarını ödəmək ruh və şəxsiyyət azadlığına can atma əlamətidir. Lakin çoxlu izafi tələbatlarını mümkün qədər çox təmin etmək cəhdi artıq qeyri-azadlığa dəlalət edir”, “Həqiqətin xoşagələn bir formada deyilməsi heç də hamının xoşuna gəlmir, lakin qoy heç kəs fikirləşməsin ki, xoşagəlməz tərzdə deyildikdə yanlışlıq həqiqət ola bilər”. Hər iki sitat qeyri-adi düşüncə tərzinə malik filosofun “Yolçu və kölgəsi” əsərindən götürülüb. Əsər 350 belə aforizmdən ibarətdir. Dünya fəlsəfəsi korifeylərinin əsərlərindən ibarət 100 cildlik “Fikir antologiyası” seriyasından bu səkkizinci kitabı rus dilindən Şakir Qurbanov və Yusif Rəhimoğlu çeviriblər. Layihənin redaktoru Qardaşxan Əzizxanlıdır. //T.İsmayılov, QayNar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar