SON XƏBƏRLƏR

Azərbaycanın qədim dövlətçilik tarixinin tədqiqi və təbliği mərkəzi yaradılır

2021.10.20, 07:36
Azərbaycanın qədim dövlətçilik tarixinin tədqiqi və təbliği mərkəzi yaradılır

Gunaz.tv
Azərbaycanın qədim dövlətçilik tarixinin tədqiqi və təbliği mərkəzi yaradılır Azərbaycanın qədim dövlətçilik tarixinin, milli-mənəvi dəyərlərin, etnoqrafik -folklor-tətbiqi sənət nümunələrinin tədqiqi və təbliği mərkəzi yaradılır. Bu barədə APA-ya mərkəzin rəhbəri Əbdül Mahmudbəyov məlumat verib. O, mərkəzin təsisçiləri sırasında xalq artistləri Arif Məlikov, Alim Qasımov, Rasim Balayev, yazıçı Yasif Nəsirlinin adlarını çəkib: “Bu mərkəzdə Azərbaycanın elm, mədəniyyət, ədəbiyyat xadimləri cəmləşib. Məqsədimiz teatr, meydan tamaşalarını təqdim etmək, müxtəlif elmi, ədəbi-bədii tədbirlər təşkil etmək, Azərbaycan mədəniyyətini, tarixini müxtəlif dillərdə dünyaya çatdırmaqdır”. Artıq sənədləşmə işlərinin son mərhələdə olduğunu deyən Ə. Mahmudbəyov yeni mərkəzin geniş təqdimatına hazırlaşdıqlarını bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar