SON XƏBƏRLƏR

İran “nüvə” danışıqlarını irəliyə doğru addım adlandırıb

2021.10.20, 07:36
İran “nüvə” danışıqlarını irəliyə doğru addım adlandırıb

Gunaz.tv
İran “nüvə” danışıqlarını irəliyə doğru addım adlandırıb atomiran.jpg Iran prezidenti Mahmud Əhmədinecat İran və dünyanın aparıcı dövlətləri arasında Tehranın nüvə fəaliyyətinə dair danışıqları irəliyə doğru bir addım adlandırıb. Həmin danışıqlar dünən, şənbə günü, Cenevrədə keçib. İlk dəfə olaraq, danışıqlarda Amerikanın aparıcı diplomatlarından biri olan Uilyam Börns iştirak edirdi. İran, Amerika nümayəndəsinin bu görüşdə iştirakını müsbət prosessual addım kimi qiymətləndirib. Bununla belə, rəsmi Vaşinqton təkzib edir ki, cənab Börnsın danışıqlara cəlb olunması Ağ Evin İrana qarşı siyasətinin dəyişməsi deməkdir. Dövlət Departamentinin sözçüsü Anna Skorihima deyib ki, Vaşinqtonun İrana qarşı siyasəti və mövgeyi dəyişməz qalır. Onun sözlərinə görə, Tehran qarşıdurma ilə əməkdaşlıq arasında seçim etməlidir. Avropa Birliyinin xarici siyasət məsələləri üzrə başçısı Xavyer Solana isə ümidvar olduğunu bildirib ki, Tehran qarşıdan gələn iki həftə ərzində Avropa Birliyinin İrana təklif etdiyi həvəsləndirici paketə öz konkret cavabını verəcək.bbc

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar