SON XƏBƏRLƏR

KÜRD YARAQLILARI İLƏ ATIŞMADA İKİ «SEPAH» DÖYÜŞÇÜSÜ HƏLAK OLUB

2021.10.20, 07:36
KÜRD YARAQLILARI İLƏ ATIŞMADA İKİ «SEPAH» DÖYÜŞÇÜSÜ HƏLAK OLUB

Gunaz.tv
KÜRD YARAQLILARI İLƏ ATIŞMADA İKİ «SEPAH» DÖYÜŞÇÜSÜ HƏLAK OLUB İranın Qərbi Azərbaycan əyalətində, İraqla həmsərhəd məntəqələrin birində kürd yaraqlıları ilə silahlı qarşıdurmada İran İnqilab Keşikçiləri Korpusunun («Sepah») biri polkonik olmaqla iki döyüşçüsünün həlak olduğu xəbər verilir. «Media forum» saytının məlumatına görə, Kürdüstan Azad Həyat Partiyası («Pejak») silahlı qüvvələri ilə bir neçə saatlıq qanlı qarşıdurmada ölən «Sepah»çıların adları açıqlanmasa da, İran tərəfi kürd üsyançılarından bir neçə nəfəri qətlə yetirdiyini bildirir. Terrorçu PKK-nın İran qanadı sayılan «Pejak» İran kürdlərinin milli hüquqları uğrunda fəaliyyət aparıdığını iddia edir. «Pejak» ın əsas hərbi bazaları İraq ərazisində yerləşir. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar