SON XƏBƏRLƏR

Rusiyadan Çinə torpaq payı_Növbə Kuril adalarınındır

2021.10.20, 07:36
Rusiyadan Çinə torpaq payı_Növbə Kuril adalarınındır

Gunaz.tv
Rusiyadan Çinə torpaq payı Növbə Kuril adalarınındır Çinin paytaxtı Pekində Rusiya-Çin dövlət sərhəddi xəttinin Şərq hissəsinin əlavə təsviri protokolu imzalanıb. Protokola əsasən Amur çayındakı Tarbarov adası tamamilə, Xabarov şəhəri yaxınlığındakı Böyük Ussuriya adasının yarısı Çinə verilib. Sənəd hər iki ölkənin xarici işlər nazirləri Sergey Lavrov və Ə. Çzeçinin imzası ilə təsdiq edilib. Bu adalar uğrunda ötən əsrin 60-70-ci illərində SSRİ ilə Çin arasında münasibətlər gərginləşmişdi. Hətta Çin adalara qoşun yeritmiş və SSRİ tərəfindən adalardan qovulmuşdu. İndi növbə Yaponiya ilə Rusiya arasındakı başqa bir adalar probleminə gəlib. Yaponiya Kuril adalarının ona məxsus olduğunu bildirir. ---------------------------------------------------------------------- Ermənistan Gürcüstandan asılıdır Sərkisyan: "Gürcüstan Ermənistanın xaricə çıxışı üçün önəmli yollardan biridir" Ermənistan üçün Gürcüstanda stabil vəziyət çox önəmlidir. Bu barədə dünən Ermənistan prezidenti Serj Sərkisyan deyib. «Biz Gürcüstanda stabil vəziyyətə çox önəm veririk. Bu ölkə Ermənistanın xaricə çıxışı üçün əsas yollardan biridir».O bildirib ki, yaxın günlərdə Gürcüstan prezidenti Mixail Saakaşvili ilə görüşündə erməni-cürcü münasibətlərinin möhkəmləndirilməsinə çalışacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar